Əstər
3 Bu hadisələrdən sonra şah Ahaşveroş aqaqlı+ Həmədat oğlu Həmanı yüksəldib taxtını digər əyanlarınkından+ yuxarı qoydu.+ 2 Şahın əmrinə əsasən, şah darvazasında duran bütün şah qulluqçuları Həmana baş əyib təzim edirdi. Mərdəhay isə baş əyib təzim etmirdi. 3 Şah darvazasında duran şah qulluqçuları ona dedilər: «Nə üçün şahın əmrindən çıxırsan?» 4 Hər gün Mərdəhaya belə deyirdilər, o isə əhəmiyyət vermirdi. Onda onlar Həmana xəbər verdilər ki, görsünlər Mərdəhayın bu hərəkətinə göz yumulacaq, ya yox.+ Çünki Mərdəhay yəhudi olduğunu onlara demişdi.+
5 Həman görəndə ki, Mərdəhay ona baş əyib təzim etmir, qəzəb onu çulğadı.+ 6 Ancaq təkcə Mərdəhayı aradan götürmək ona az göründü, çünki onun hansı xalqdan olduğunu ona çatdırmışdılar. Odur ki, Həman Mərdəhayın xalqını, Ahaşveroşun səltənətində yaşayan bütün yəhudiləri qırmağı qət etdi.
7 Günü və ayı müəyyən etmək üçün pur, yəni püşk atıldı. Püşk+ on ikinci ay olan adara* düşdü.+ Püşkatma şah Ahaşveroşun hakimiyyətinin on ikinci ilində,+ birinci ay olan nisan* ayında Həmanın hüzurunda keçdi. 8 Onda Həman şah Ahaşveroşa dedi: «Səltənətinin bütün əyalətlərində+ xalqlar arasında səpələnmiş+ bir xalq var. Qanunları digər xalqların qanunlarından fərqlidir və onlar şahın qanunlarına tabe olmurlar, onların sağ qalmağının şaha xeyri olmaz. 9 Əgər şah məsləhət bilirsə, qoy yəhudiləri məhv etmək üçün fərman verilsin. Mən də şah xəzinəsinə qoymaq üçün məmurlara on min gümüş talant* verərəm*».
10 Şah möhür üzüyünü barmağından çıxartdı+ və yəhudilərə qənim kəsilmiş aqaqlı+ Həmədat oğlu Həmana verib+ 11 dedi: «Gümüş də, xalq da sənin ixtiyarındadır, onlara nə istəyirsən elə». 12 Birinci ayın on üçüncü günü şahın katibləri+ çağırıldı. Onlar Həmanın əmrini şahın canişinlərinə, bütün əyalətlərin valilərinə və xalqların başçılarına yazdılar.+ Bu fərman şah Ahaşveroşun adından hər əyalətin öz yazısında və hər xalqın öz dilində yazılıb şahın möhür üzüyü ilə möhürləndi.+
13 Qasidlər məktubları şahın bütün əyalətlərinə apardılar. On ikinci ay olan adar ayının on üçüncü günü bütün yəhudilər qırılıb kökləri kəsilməli idi.+ Cavan, qoca, uşaq, qadın bir günün içində qırılmalı, mal-mülkləri talan edilməli idi.+ 14 Fərmanın surəti bir qanun kimi hər əyalətə çatdırılmalı və bütün xalqlara bəyan edilməli idi ki, o günə hazır olsunlar. 15 Qasidlər şahın əmri ilə cəld yola düşdülər.+ Qanun Şuş+ qalasında da oxundu. Şah və Həman şərab içməyə əyləşdi. Şuş şəhəri isə çaşqınlıq içində idi.