Məttanın yazdığı müjdə
4 Bundan sonra Allahın ruhu İsanı çöllüyə apardı ki, İblis+ onu imtahana çəksin.+ 2 İsa qırx gün-qırx gecə oruc tutdu, sonra acdı. 3 Onda İblis+ gəldi və onu sınayaraq dedi: «Əgər sən Allahın oğlusansa, əmr et ki, bu daşlar çörəyə dönsün». 4 Amma İsa cavab verdi: «Yazılıb: “İnsan yalnız çörəklə yaşamamalıdır, Yehovanın ağzından çıxan hər bir kəlmə ilə yaşamalıdır”».+
5 Sonra İblis onu müqəddəs şəhərə+ gətirib məbədin ən hündür yerinə qoydu+ 6 və dedi: «Əgər sən Allahın oğlusansa, özünü aşağı at, axı yazılıb: “Mələklərinə əmr edəcək, ayağın daşa dəyməsin deyə, səni əlləri üstündə aparacaqlar”».+ 7 İsa ona cavab verdi: «Bu da yazılıb: “Allahın Yehovanı sınağa çəkmə”».+
8 İblis yenidən onu götürüb çox uca bir dağın başına gətirdi, dünyanın bütün səltənətlərini və onların calalını ona göstərib+ 9 dedi: «Əgər diz çöküb mənə səcdə qılsan, bütün bunları sənə verərəm». 10 İsa ona dedi: «Rədd ol, Şeytan! Yazılıb: “Allahın Yehovaya səcdə qıl+ və yalnız Ona qulluq et”».+ 11 Bundan sonra İblis ondan əl çəkdi+ və mələklər gəlib İsaya xidmət etdilər.+
12 İsa Yəhyanın həbs edildiyini+ eşidəndə Cəliləyə getdi.+ 13 Sonra Nasirədən çıxıb Zəbulun və Niftalı torpaqlarına, dənizin* kənarında yerləşən Kəfərnahuma+ gəlib orada məskən saldı. 14 Beləliklə, Əşiya peyğəmbər tərəfindən deyilmiş bu sözlər yerinə yetdi: 15 «Ey yadellilər yaşayan Cəlilə! İordan çayının o tərəfində, dəniz* yolu boyunca uzanan Zəbulun və Niftalı torpaqları! 16 Zülmətdə oturan xalq parlaq işıq gördü, ölüm kölgəsində oturanların üzərinə nur+ ələndi».+ 17 O vaxtdan etibarən, İsa bu sözlərlə təbliğ etməyə başladı: «Tövbə edin, çünki səmavi Padşahlıq yaxınlaşır».+
18 İsa Cəlilə dənizinin sahili boyunca gedərkən iki qardaş gördü. Butrus+ ləqəbli Şimon və onun qardaşı Andreas suya tor atırdılar. Onlar balıqçı idilər.+ 19 İsa onlara dedi: «Ardımca gəlin. Bundan sonra balıq yox, insan tutacaqsınız».+ 20 Onlar dərhal torlarını atıb onun ardınca getdilər.+ 21 İsa yoluna davam etdi və başqa iki qardaşı, Zəbədinin oğulları Yaqubla Yəhyanı gördü.+ Onlar ataları Zəbədi ilə qayıqda torlarını təmir edirdilər. İsa onları çağırdı.+ 22 Onlar dərhal qayığı və atalarını qoyub İsanın dalınca getdilər.
23 İsa bütün Cəliləni gəzib onların sinaqoqlarında+ vəz edir*,+ Padşahlıq haqqındakı müjdəni təbliğ edir, hər cür xəstəni və naxoşu sağaldırdı.+ 24 Onun sorağı bütün Suriyaya yayıldı. Müxtəlif xəstəliklərdən və ağrılardan əzab çəkən bütün xəstələri,+ içinə cin girmiş adamları,+ epileptikləri,+ iflic olmuş adamları İsanın yanına gətirdilər və o, bu adamları sağaltdı. 25 Nəticədə Cəlilə, Dekapol*, Yerusəlim, Yəhudiyyə və İordan çayının o tayından saysız-hesabsız adam onun ardınca getdi.