Əşiya
13 Amuz oğlu Əşiyanın+ Babilə qarşı vəhydə aldığı hökm:+
2 «Dağda, çılpaq qaya üzərində nişan qoyun.+
Onları səsləyin, əl eləyin,
Gəlib əsilzadələrin qapılarından girsinlər.
3 Mən seçdiyim* döyüşçülərə əmr verdim.+
Vüqarla sevinən igidlərimi
Qəzəbimi tökmək üçün çağırdım.
4 Eşidin! Dağlardan izdiham səsi gəlir!
Sanki, böyük bir xalqın səsidir bu.
Eşidin! Bir yerə toplaşmış səltənətlərin,+
Xalqların gurultusudur bu.
Ordular Allahı Yehova cəng üçün ordu toplayır.+
5 Onlar uzaq bir ölkədən,+
Göylərin qurtaracağından gəlirlər.
Yehova və Onun qəzəb silahları
Bütün ölkəni viran etmək üçün gəlir.+
6 Fəryad edin! Yehovanın günü yaxındır!
Sonsuz Qüdrət Sahibindən məhv günü olacaq o.+
7 Buna görə bütün əllər aşağı düşəcək,
Hər kəsin qorxudan ürəyi əriyəcək.+
8 Hamı təlaş içindədir.+
Onları sancı tutub, qıc olublar,
Doğan qadına bənzəyirlər.
Dəhşətlə bir-birilərinə baxırlar,
Əzabdan sifətləri pörtüb.
9 Budur! Yehovanın amansız günü
Hiddətlə, odlu-alovlu qəzəblə gəlir ki,
Ölkəni viran qoysun,+
Bütün günahkarları oradan yox etsin.
10 Göydəki ulduzlar, bürclər+ işıldamayacaq. Günəş qara doğacaq, Ay nurunu saçmayacaq.
11 Mən dünyanı yamanlığına görə,+
Şər adamları təqsirlərinə görə mühakimə edəcəyəm.
Məğrurların qürurunu sındıracağam,
Zalımların təkəbbürünü alçaldacağam.+
13 Bunun üçün göyü silkələyəcəyəm;
Ordular Allahı Yehovanın qəzəbi coşan gün
Onun hiddətindən yer məhvərindən titrəyəcək.+
14 Qovulan ceyran kimi, çobansız sürü kimi
Hər kəs öz xalqının yanına qayıdacaq,
Hər kəs öz ölkəsinə qaçacaq.+
15 Kim ələ keçsə, bədəni deşiləcək,
Kim yaxalansa, qılınc ağzına veriləcək.+
18 Oxları cavanları yerə sərəcək.+
Uşağa rəhm etməyəcəklər,
Bətnin bəhrəsinə yazıqları gəlməyəcək.
19 Səltənətlərin tacı,
Kəldanilərin qüruru, ehtişamı olan Babil+
Allahın dağıtdığı Sədum və Əmurə kimi olacaq.+
20 Orada heç vaxt insan yaşamayacaq.
Nəsillər gəlib-keçəcək, kimsə orada məskunlaşmayacaq.+
Ərəb orada çadır qurmayacaq,
Çobanlar orada sürülərini dincəltməyəcək.
21 Orada vəhşi heyvanlar dincələcək,
Evlərinə bayquşlar doluşacaq,
Orada dəvəquşular məskunlaşacaq,+
Çöl keçiləri* hoppanıb-düşəcək.
22 Qala bürclərində ulaşan heyvanlar,
Cah-calallı saraylarında çaqqallar ulayacaq.
Onun vaxtına az qalıb, ömrü uzadılmayacaq».+