Üzeyir
3 Yeddinci ay+ çatanda öz şəhərlərində yaşayan israillilər bir nəfər kimi Yerusəlimdə toplaşdı. 2 Yəhusadiq oğlu Yeşu+ ilə onun kahin yoldaşları və Şəəltiil+ oğlu Zərubabillə+ qardaşları Allahın qulu Musanın Qanununda yazıldığı kimi,+ yandırma qurbanları gətirmək üçün İsrailin Allahına qurbangah tikdilər.
3 Onlar ətraf xalqlardan+ qorxsalar da, qurbangahı əvvəlki yerində tikdilər. Onun üzərində Yehovaya səhər və axşam yandırma qurbanı+ təqdim etməyə başladılar. 4 Sonra yazıldığı kimi, Çardaqlar bayramı keçirdilər.+ Bayram günlərində hər gün tələb olunan sayda yandırma qurbanları gətirirdilər.+ 5 O vaxtdan etibarən daimi yandırma qurbanı gətirdilər,+ həmçinin təzə ay mərasimlərində,+ Yehovaya həsr olunmuş bayramlarda+ təqdimələr, eləcə də Yehovaya səmimi-qəlbdən könüllü təqdimə+ gətirənlərin qurbanlarını təqdim etdilər. 6 Onlar yeddinci ayın birinci günündən+ etibarən, Yehovaya yandırma qurbanı gətirməyə başladılar. Hərçənd Yehovanın məbədinin bünövrəsi hələ qoyulmamışdı.
7 Onlar daşkəsənlərə+ və sənətkarlara+ pul ödədilər; Fars şahı Kuruşun verdiyi ixtiyarla+ dəniz yolu ilə Livandan Yaffaya sidr tirləri gətirmək üçün sidonlulara və surlulara ərzaq, içki və yağ verdilər.+
8 Allahın Yerusəlimdəki evinə gəlişlərinin ikinci ilinin ikinci ayında Şəəltiil oğlu Zərubabil, Yəhusadiq oğlu Yeşu, onların digər qardaşları, kahinlərlə lavililər və əsirlikdən Yerusəlimə qayıdan qalan camaat+ işə başladı. Yaşı iyirmi və iyirmidən yuxarı olan lavililəri Yehovanın evindəki işlərə nəzarətçi qoydular. 9 Beləliklə, Allahın evindəki işçilərə birlikdə nəzarət edənlər bunlar idi: Yəhuda* övladlarından Yeşu, oğulları və qardaşları, Qədmail və oğulları, həmçinin lavili Hənadad oğulları+, onların oğulları və qardaşları.
10 Bənnalar Yehovanın məbədinin təməlini qoyanda+ İsrail padşahı Davudun verdiyi göstərişə uyğun olaraq, rəsmi libas geymiş kahinlər kərənaylarla+ və lavililərdən Asəf övladları sinclərlə Yehovanı mədh etmək üçün ayağa qalxdılar.+ 11 «O, kəramətlidir, İsrailə qarşı məhəbbəti əbədidir»,+ — deyərək növbə ilə+ Yehovanı mədh etməyə və Ona həmd söyləməyə başladılar. Bütün xalq isə uca səslə hayqıraraq Yehovanı mədh etdi, çünki Yehovanın evinin təməli qoyulmuşdu. 12 Əvvəlki evi görmüş+ yaşlı nəsildən olan bir çox kahin, lavili, nəsil başçısı evin təməlinin qoyulduğunu görəndə hönkür-hönkür ağlamağa başladı, qalanları isə sevincdən hayqırırdı.+ 13 Sevinc və ağlaşma səslərini bir-birindən ayırmaq mümkün deyildi. Camaat elə hayqırırdı ki, səsləri çox-çox uzaqlarda eşidilirdi.