Zəbur
Süleymanın məzmuru. Şəhərə qalxarkən*.
127 Evi Yehova tikməzsə,
Ustaların zəhməti əbəsdir.+
Şəhəri Yehova qorumazsa,+
Keşikçilərin ayıqlığı əbəsdir.
2 Əbəs yerə erkən qalxıb
Gec yatırsınız,
Ağır zəhmətlə çörək qazanırsınız,
Axı Allah istəkli bəndəsinə ruzi də verir, yuxu da.+
5 Oxdanını onlarla dolduran xoşbəxt adamdır.+
Onlar şəhər darvazasında düşmənlə çəkişərkən,
O, xəcalətli olmaz.