20 Şərab insanı gülünc edər,+ içki qalmaqal yaradar,+
Onların ucbatından yolunu azan ağılsızdır.+
2 Padşahın zəhmi şir nərəsinə bənzər,+
Onu qəzəbləndirən canına qəsd edir.+
3 Münaqişədən çəkinmək başucalığıdır,+
Axmaqlar münaqişəyə girişər.+
4 Tənbəl qış düşdü deyə, şum şumlamaz,
Biçin zamanı da heç nə tapmayıb dilənər.+
5 Ürəyin düşüncələri dərin sulara bənzər,
Bəsirətli adam onları
çəkib çıxarar.
6 Çoxları yaxşılıqdan dəm vurar,
Ancaq etibarlı insanı kim tapa bilər?
7 Saleh kamilliklə ömür sürər,+
Ondan sonra gələn övladları da xoşbəxt olar.+
8 Padşah divan taxtına oturanda+
Gözləri pisliyi xəlbirləyib üzə çıxarar.+
9 Kim deyə bilər: «Ürəyimi təmizləmişəm,+
Günahımı yumuşam»?+
10 Əyri tərəzi və haram çəki.
Hər ikisi Yehovada ikrah yaradır.+
11 Hətta uşaq da əməllərindən tanınır,
Oturuşu-duruşu təmizmi, dürüstmü bəlli olur.+
12 Eşidən qulaq, görən göz.
Hər ikisini Yehova yaradıb.+
13 Yatağan olma, yoxsullaşarsan,+
Oyaq qal, onda çörək taparsan.+
14 Müştəri «pisdir, pisdir» deyər,
Amma alıb gedəndən sonra öyünər.+
15 Qızıl qızıldır, mərcanlar da öz yerində,
Amma ağılla danışan dil cavahirdir.+
16 Yad üçün zamin duranın libasını al,+
Yadelli qadından ötrü zamin durarsa, ondan girov al.+
17 Fırıldaqla qazanılan çörək şirin gələr,
Amma sonra ağzı çınqılla doldurar.+
18 Məsləhətli iş uğurlu olar;+
Davanı ağıllı məsləhətlə apar.+
19 Böhtançı sirləri açıb yayar.+
Qeybətçilərlə oturub-durma.
20 Ata-anasına lənət edənin
Qaranlıq düşəndə çırağı sönər.+
21 Tamahla yiyələnmiş mirasın
Sonda xeyir-bərəkəti olmaz.+
22 Demə: «Pisliyin heyfini çıxacağam»,+
Ümidini Yehovaya bağla,+ O, səni qurtarar.+
23 Yehova haram çəkidən ikrah edir,
Əyri tərəzi əsla yaxşı deyil.
24 İnsanın addımlarını yönəldən Yehovadır,+
İnsan öz yolunu necə anlaya bilər?
25 Tez-tələsik: «Müqəddəsdir» deyib,+
Sonradan dediyi nəziri fikirləşən özünü
tələyə salır.+
26 Müdrik padşah xəlbirləyib şər adamları üzə çıxarar.+
Onların üstü ilə vəl sürdürər.+
27 İnsanın nəfəsi Yehovanın çırağıdır,
İnsan varlığının dərinliklərini araşdırır.
28 Lütf və doğruluq padşahı hifz edər,+
Taxtı lütfkarlıqla bərqərar olar.+
29 Cavanın şərəfi onun gücüdürsə,+
Ahılın şanı ağ saçlarıdır.+
30 Qançır və yara şərdən təmizləyər,+
Kötək batini saf edər.