Birinci Padşahlar
14 Bir gün Ərubamın oğlu Əbiyya xəstələndi. 2 Ərubam arvadına dedi: «Dur, qiyafəni dəyiş ki, mənim arvadım olduğun bilinməsin. Şiloya get, Əxiyyə peyğəmbər oradadır. Bu xalqın üzərində padşah olacağımı o, mənə demişdi.+ 3 Özünlə on kömbə çörək, kökələr və bir küp bal götürüb onun yanına get. O deyəcək uşağa nə olacaq».
4 Ərubamın arvadı onun dediyi kimi etdi, durub Şiloya+, Əxiyyənin evinə getdi. Əxiyyə qocaldığından gözləri tutulmuşdu, artıq görmürdü.
5 Yehova Əxiyyəyə dedi: «Ərubamın arvadı səndən oğlu barədə soruşmağa gəlir, çünki oğlu xəstədir. Mən sənə deyəcəyəm ona nə demək lazımdır. Qadın gələndə kimliyini gizlədəcək».
6 Qadın içəri girəndə Əxiyyə onun ayaq səslərini eşidib dedi: «Ərubamın arvadı, içəri gəl! Kimliyini niyə gizlədirsən? Allah sənə bəd xəbər göndərib. 7 Get, Ərubama söylə ki, İsrailin Allahı Yehova belə deyir: “Mən səni xalqın arasından yüksəldib xalqım İsrailin üzərində hökmdar qoydum.+ 8 Səltənəti Davud evindən alıb sənə verdim.+ Amma sən əmrlərimə tabe olan, sidqi-ürəkdən yolumla gedən, Mənə məqbul işlər görən Davud kimi olmadın.+ 9 Sən sələflərindən də betər oldun, özünə başqa allah, tökmə bütlər düzəldib Məni təhqir etdin,+ Mənə arxa çevirdin.+ 10 Buna görə də Mən Ərubam evinin başına fəlakət gətirirəm. Mən, biçarələr, zavallılar da daxil olmaqla, İsraildən Ərubam evinin bütün kişilərinin kökünü kəsəcəyəm.+ Peyini yerdən necə tər-təmiz təmizləyirlərsə, Mən də Ərubam evini o cür silib-süpürəcəyəm. 11 Ərubam evindən şəhərdə ölənləri itlər, çöldə ölənləri göyün quşları yeyəcək. Çünki bunu Yehova deyib”.
12 İndi dur evinə get. Ayağını şəhərə basan kimi uşaq öləcək. 13 Bütün İsrail onu ağlayıb dəfn edəcək. Ərubamın ailəsindən yalnız o, qəbrə qoyulacaq, çünki İsrailin Allahı Yehova Ərubam evindən yalnız onda yaxşı bir şey tapmışdır. 14 Yehova Özü üçün İsrail üzərində bir padşah qoyacaq, o, Ərubamın nəslini elə həmin gün yox edəcək,+ bu, hətta indi ola bilər. 15 Yehova İsraili suda yırğalanan bir qamış kimi məhv edəcək, İsraili atalarına verdiyi gözəl diyardan qoparacaq,+ onları çayın* o tərəfinə səpələyəcək.+ Çünki onlar özlərinə Aşera bütləri*+ düzəldib Yehovanı təhqir etdilər. 16 Allah Ərubamın özünün işlədiyi və İsraili sürüklədiyi günahlar ucbatından+ İsraili tərk edəcək».
17 Ərubamın arvadı durub yola düşdü və Tirzəyə gəldi. O, evin kandarına ayaq basan kimi uşaq öldü. 18 Onu dəfn etdilər və bütün İsrail yas tutdu. Beləcə, Yehovanın Öz qulu Əxiyyə peyğəmbər vasitəsilə dediyi söz yerinə yetdi.
19 Ərubamın qalan işləri, apardığı müharibələr+ və necə hakimiyyət sürməsi barədə İsrail padşahlarının tarixi kitabında yazılmışdır. 20 Ərubam iyirmi iki il hakimiyyət sürdü, sonra ata-babalarına qovuşdu.+ Oğlu Nadab onun yerinə taxta çıxdı.+
21 Yəhudada Süleyman oğlu Rəhabam padşah idi. O, padşah olanda qırx bir yaşında idi və Yehovanın İsrail qəbilələrinin şəhərləri arasından Öz adını qoymaq üçün+ seçdiyi+ şəhərdə, Yerusəlimdə on yeddi il hakimiyyət sürdü. Padşahın anası əmuni Nəama idi.+ 22 Yəhudalılar Yehovanın bəyənmədiyi pis işlər gördülər+ və günahları ilə Onu ata-babalarından da çox qəzəbləndirdilər.+ 23 Onlar da hər hündür təpənin üstündə,+ hər gur yarpaqlı ağacın altında+ özləri üçün səcdəgahlar düzəltdilər, dik daşlar* və Aşera bütləri qoydular.+ 24 Ölkədə həmçinin məbəd fahişəliyi ilə məşğul olan kişilər vardı.+ Onlar Yehovanın israillilərin önündən qovduğu xalqların bütün iyrənc işləri ilə məşğul olurdular.
25 Rəhabamın hakimiyyətinin beşinci ilində Misir hökmdarı Şişaq+ Yerusəlimə hücum etdi.+ 26 O, Yehovanın evindəki və padşah sarayındakı xəzinələri götürüb apardı.+ O, hər şeyi, o cümlədən Süleymanın düzəltdiyi qızıl qalxanları da apardı.+ 27 Rəhabam padşah onların yerinə mis qalxanlar düzəltdi və onları padşah sarayının qapı keşikçilərinin başçılarına verdi. 28 Hər dəfə padşah Yehovanın evinə gələndə keşikçilər bu qalxanları daşıyır, sonra aparıb keşikçi otağına qoyurdular.
29 Rəhabamın qalan işləri və onun bütün etdikləri Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır.+ 30 Rəhabamla Ərubam arasında həmişə müharibə gedirdi.+ 31 Rəhabam ata-babalarına qovuşdu. Onu Davud şəhərində ata-babalarının yanında dəfn etdilər.+ Onun anası əmuni Nəama idi.+ Onun yerinə oğlu Əbyam*+ taxta çıxdı.