İkinci Padşahlar
25 Sidqiyyənin hakimiyyətinin doqquzuncu ilində, onuncu ayın onuncu günündə Babil padşahı Navuxodonosor+ bütün ordusu ilə Yerusəlimə yürüş etdi.+ Orada ordugah qurub, şəhərin ətrafında mühasirə divarı tikdi.+ 2 Şəhər Sidqiyyə padşahın hakimiyyətinin on birinci ilinə qədər mühasirədə qaldı. 3 Dördüncü ayın doqquzuncu günü şəhərdə güclü aclıq var idi,+ ölkədə çörək qalmamışdı.+ 4 Həmin gün şəhər divarı sındırıldı.+ Gecə, kəldanilər şəhərin ətrafında ikən bütün döyüşçülər padşah bağının yanındakı qoşa divarın arasında yerləşən darvazadan qaçdılar. Padşah Ərəbə yolu ilə getdi.+ 5 Amma kəldanilərin qoşunu padşahı təqib edib Əriha çöllüyündə onu yaxaladı. Padşahın bütün qoşunu qaçıb dağıldı. 6 Kəldanilər padşahı tutub+ Riblaha, Babil padşahının hüzuruna gətirdilər və ona hökm çıxardılar. 7 Sidqiyyənin oğullarını onun gözü qabağında qətlə yetirdilər. Sonra Navuxodonosor Sidqiyyənin gözlərini çıxartdı, onu mis qandallarla qandallayıb Babilə apardı.+
8 Beşinci ayın yeddinci günündə, Babil padşahı Navuxodonosorun hakimiyyətinin on doqquzuncu ilində Babil padşahının xidmətçisi, keşikçibaşı Nəbuzardan+ Yerusəlimə gəldi.+ 9 O, Yehovanın məbədini,+ sarayı+ və Yerusəlimdəki bütün evləri,+ o cümlədən kübar adamların evlərini yandırdı.+ 10 Keşikçibaşı ilə gələn kəldani qoşunu Yerusəlimin ətraf divarlarını uçurdu.+ 11 Keşikçibaşı Nəbuzardan şəhərdə qalan adamları, Babil padşahına tərəf keçənləri və yerdə qalan əhalini əsir apardı.+ 12 Amma üzümçülük və əkinçiliklə məşğul olmaq üçün ölkənin ən kasıb əhalisindən bir qədər saxladı.+ 13 Kəldanilər Yehovanın məbədindəki mis sütunları+ sındırdılar. Həmçinin Yehovanın məbədindəki arabaları+, mis çəni+ də sındırdılar. Misi Babilə apardılar.+ 14 Onlar kül qablarını, kürəkləri, fitil maqqaşlarını, camları və məbəddə işlənən bütün mis əşyaları apardılar. 15 Keşikçibaşı xalis qızıldan+ və gümüşdən olan xəkəndazları və kasaları götürdü.+ 16 Süleymanın Yehovanın məbədi üçün düzəltdiyi iki sütunun, çənin və arabaların misini çəkmək mümkün deyildi.+ 17 Sütunların hər biri on səkkiz qulac* hündürlüyündə idi,+ sütun başlığı misdən idi. Sütun başlığının hündürlüyü üç qulac idi. Onun ətrafındakı tor və narlar misdən düzəldilmişdi.+ İkinci sütun da üstündəki torla birlikdə birincinin eyni idi.
18 Keşikçibaşı böyük kahin Sərəyahı+, köməkçi kahin Səfənyanı+ və üç qapı keşikçisini əsir apardı.+ 19 O, şəhərdən döyüşçülərə başçılıq edən saray məmurunu, padşahın şəhərdə olan beş şəxsi məsləhətçisini, ölkə əhlini səfərbər edən və ordu başçısının katibi olan məmuru, habelə rəiyyətdən şəhərdə qalan altmış nəfəri əsir apardı. 20 Keşikçibaşı Nəbuzardan+ onları Riblaha, Babil padşahının hüzuruna apardı.+ 21 Babil padşahı onları Həməsdəki+ Riblahda öldürdü. Beləliklə, yəhudalılar öz ölkələrindən sürgün olundular.+
22 Babil padşahı Navuxodonosor Şafan+ oğlu Əxiqəmin+ oğlu Qədalini+ Yəhudada saxladığı əhalinin üstünə nəzarətçi qoydu.+ 23 Sərkərdələr və onların adamları Babil padşahının Qədalini başçı qoyduğunu eşidəndə Mispaha, onun yanına gəldilər. Gələnlər Nəsəniyyə oğlu İsmayıl, Qəryah oğlu Yuhənna, nətufahlı Tənhumət oğlu Sərəyah, məkati oğlu Əzniya və onların adamları idi.+ 24 Qədali onlara və adamlarına and içib dedi: «Kəldanilərə qulluq etməkdən qorxmayın. Ölkədə yaşayıb Babil padşahına qulluq edin, onda xeyir taparsınız».+
25 Yeddinci ayda şah nəslindən olan Əlşama oğlu Nəsəniyyənin oğlu İsmayıl+ on nəfərlə gəlib Qədalini, Mispahda onunla olan yəhudiləri və kəldaniləri öldürdü.+ 26 Onda kiçikdən tutmuş böyüyə qədər bütün xalq, o cümlədən sərkərdələr qalxıb kəldanilərin qorxusundan Misirə getdilər.+
27 Yəhuda padşahı Yəhyakinin+ sürgün olunmasının otuz yeddinci ilində on ikinci ayın iyirmi yeddinci günündə Babil padşahı Əvilmərduk taxta çıxdı. Elə həmin il o, Yəhuda padşahı Yəhyakini zindandan çıxartdı.+ 28 Onunla mehriban danışdı, onu Babildə yanında olan padşahlardan uca tutdu. 29 Yəhyakin həbs paltarını çıxardı. O, ömrünün axırına qədər padşahın süfrəsində oturdu. 30 Padşah ona ömrünün sonuna qədər gündəlik yemək payı verdi.