Lukanın yazdığı müjdə
3 Sezar Tiberinin hakimiyyətinin on beşinci ilində, Ponti Pilat Yəhudiyyə valisi, Hirod*+ Cəlilənin, qardaşı Filip İtureya və Traxonitin, Lisani isə Abileniyanın hakimi olarkən, 2 baş kahin Qayafanın+ və böyük kahin Hənnanın günlərində çöllükdə Zəkəriyyənin oğlu Yəhyaya+ Allahdan bir buyruq gəldi.+
3 Yəhya İordanın ətrafındakı bölgələri gəzib-dolaşır, günahların bağışlanması üçün tövbə rəmzi olan vəftizi* təbliğ edirdi,+ 4 necə ki Əşiya peyğəmbərin kitabında yazılmışdır: «Çöllükdə kimsə qışqırır: “Yehova üçün yol hazırlayın! Onun yollarını hamarlayın.+ 5 Bütün dərələr doldurulmalı, dağlar və təpələr alçaldılmalı, əyri-üyrü yollar düzəldilməli, kələ-kötür yerlər hamar olmalıdır. 6 Onda bütün bəşər Allahın xilas yolunu görəcək”».+
7 Yəhya vəftiz olunmaq üçün onun yanına gələnlərə belə deyirdi: «Ey əfi ilan balaları, qarşıdan gələn qəzəbdən qaçmaq fikrini ağlınıza kim qoyub?+ 8 Tövbəyə yaraşan bəhrələr gətirin. “Atamız İbrahimdir” deyib özünüzü arxayınlaşdırmayın. Bunu bilin ki, Allah istəsə, İbrahimə bu daşlardan da övlad yaradar. 9 Balta artıq ağacların dibindədir. Yaxşı meyvə gətirməyən ağac kəsilib oda atılacaq».+
10 Camaat ondan soruşurdu: «Bəs biz nə edək?» 11 Yəhya cavabında onlara dedi: «İki dəst köynəyi olan adam birini köynəyi olmayana versin, yeməyi olan da bu cür etsin».+ 12 Hətta vergiyığanlar da vəftiz olunmağa gəlir+ və ondan soruşurdu: «Ustad, biz nə edək?» 13 Yəhya onlara belə deyirdi: «Camaatdan təyin olunmuş vergidən artığını tələb etməyin».+ 14 Əsgərlər də ondan soruşurdu: «Bəs biz nə edək?» Yəhya onlara deyirdi: «Heç kəsi incitməyin, heç kəsə şər atmayın,+ aldığınız zəhmət haqqına qane olun».
15 Xalq Məsihin intizarında idi. Hər kəs ürəyində Yəhya haqqında düşünürdü: «Bəlkə, Məsih budur?»+ 16 Yəhya hamıya belə cavab verirdi: «Mən sizi su ilə vəftiz edirəm. Amma məndən daha güclüsü gəlir. Mən onun ayağındakı səndəlin bağını belə, açmağa layiq deyiləm.+ O, sizi müqəddəs ruhla və alovla vəftiz edəcək.+ 17 O, əlində kürək hazır dayanıb. Xırmanı tərtəmiz təmizləyib buğdanı anbara yığacaq, samanı isə sönməz oda atıb yandıracaq».
18 Yəhya digər nəsihətlər də verib xalqa müjdəni bəyan edirdi. 19 Amma hakim Hirod qardaşı arvadı Hirodiadaya görə və digər pis işlərinə görə onu ifşa edən 20 Yəhyanı zindana atdı+ və bununla pis əməllərinin sayını daha da artırdı.
21 Camaat vəftiz olunarkən İsa da gəlib vəftiz olundu.+ O, dua edərkən göy açıldı+ 22 və müqəddəs ruh cismani şəkildə, bir göyərçin kimi onun üzərinə endi və göydən bir səs gəldi: «Sən Mənim sevimli Oğlumsan. Səndən çox razıyam».+
23 İsa+ xidmətə başlayanda təqribən otuz yaşında idi.+ Belə hesab edirdilər ki, o,
Yusifin oğlu idi.
Yusif+ Əlinin oğlu,
24 Əli Məttatın,
Məttat Lavinin,
Lavi Məlkinin,
Məlki Yənnayın,
Yənnay Yusifin,
25 Yusif Məttəsyahın,
Məttəsyah Amusun,
Amus Nahumun,
Nahum Əsləyin,
Əsləy Nəqqayın,
26 Nəqqay Mahatın,
Mahat Məttəsyahın,
Məttəsyah Şimənin,
Şimən Yusihin,
Yusih Yudanın,
27 Yuda Yəhnanın,
Yəhnan Resanın,
Resa Zərubabilin+,
Zərubabil Şəəltiilin+,
Şəəltiil Nurinin,
28 Nuri Məlkinin,
Məlki Addinin,
Addi Kəsəmin,
Kəsəm Əlmədamın,
Əlmədam Əirin,
29 Əir Yuşənin,
Yuşə Əlyəzərin,
Əlyəzər Yurimin,
Yurim Məttatın,
Məttat Lavinin,
30 Lavi Şəmunun,
Şəmun Yəhudanın,
Yəhuda Yusifin,
Yusif Yunamın,
Yunam Əlyakimin,
31 Əlyakim Məlyanın,
Məlya Mənnanın,
Mənna Məttəsin,
Məttəs Natanın+,
Natan Davudun+,
32 Davud Yəssənin+,
Yəssə Abidin+,
Abid Buəzin+,
Buəz Salmanın+,
Salman Nəhsunun+,
33 Nəhsun Əminədabın,
Əminədab Arninin,
Arni* Həsrunun,
Həsrun Farəsin+,
Farəs Yəhudanın+,
34 Yəhuda Yaqubun+,
Yaqub İshaqın+,
İshaq İbrahimin+,
İbrahim Tarixin+,
Tarix Nahurun+,
35 Nahur Sərucun+,
Səruc Rəhunun+,
Rəhu Faliqin+,
Faliq Abirin+,
Abir Salehin+,
36 Saleh Qəynanın,
Qəynan Ərfəhsadın+,
Ərfəhsad Samın+,
Sam Nuhun+,
Nuh Ləmekin+,
37 Ləmek Mətuşələhin+,
Mətuşələh Hənuqun,
Hənuq Yarədin+,
Yarəd Məhlailin+,
Məhlail Qəynanın+,
Ənuş Şeysin+,
Şeys Adəmin+,
Adəm Allahın oğlu idi.