Mikə
Biz mühasirədəyik.+
İsrail hakiminin üzünə dəyənəklə vururlar.+
Yəhuda şəhərlərinin ən kiçiyi,
İsraildə iradəmi icra edəcək rəhbər səndən çıxacaq.+
Onun kökü çox qədimlərə, əzəl günlərə gedib çıxır.
3 Buna görə hamilə qadın doğana qədər
O, onları təslim edəcək.
Sonra rəhbərin sağ qalmış qardaşları İsrail xalqının yanına qayıdacaq.
Aşşurlular yurdumuza basqın etsələr, qalalarımıza ayaq bassalar,+
Onların qabağına yeddi çoban, lap səkkiz bəy çıxardarıq.
Aşşurlular yurdumuza basqın edəndə,+
Torpaqlarımızı tapdalayanda o, bizi qurtaracaq.
7 Yaqubdan sağ qalanlar çoxlu xalqlar arasında
Yehovadan gələn şeh kimi,
Çöl-çəmənə yağan yağış kimi olacaq.
Onlar ümidini insana bağlamır,
Bəşər oğlundan asılı deyillər.
8 Yaqubdan sağ qalanlar xalqlar arasında,
Çoxlu xalqlar içində
Meşə heyvanları arasındakı şirə bənzəyəcək.
Qoyun sürüsü içinə girmiş,
Sürünün içindən keçərək qoyunları qapıb parçalayan gənc aslan kimi olacaq,
Onun ki, pəncəsindən qurtaran olmaz.
9 Sən yağılar üzərində qələbə çalacaqsan,
Bütün düşmənlərin məhv olacaq».
10 Yehova bəyan edir:
«O gün atlarını məhv edəcəyəm, arabalarını sındıracağam.
11 Ölkəndəki şəhərləri darmadağın edəcəyəm,
Bütün istehkamlarını yerlə yeksan edəcəyəm.
12 Cadugərliyinə son qoyacağam,
Artıq səndə sehrbaz olmayacaq.+
15 İtaətsiz xalqlardan qəzəblə,
Hiddətlə qisas alacağam».