Romalılara
6 Onda nə deyək? Lütf çoxalsın deyə, günah işləməyə davam edək? 2 Əsla! Biz günah üçün ölmüşüksə,+ artıq günah içində necə yaşaya bilərik?+ 3 Məgər bilmirsiniz ki, Məsih İsa ilə vəhdətdə olmaq üçün vəftiz* edilən bizlər+ onun ölümünə şərik olmaq üçün də vəftiz edilmişik?+ 4 Deməli, biz onun ölümünə şərik edən vəftiz+ vasitəsilə onunla birlikdə dəfn edildik ki, Atanın əzəməti ilə dirilən Məsih kimi, biz də yeni həyata başlayaq.+ 5 Əgər onun ölümünə bənzər bir ölümdə onunla birləşmişiksə,+ mütləq onun dirilməsinə bənzər bir dirilmədə+ də onunla birləşəcəyik. 6 Bir şeyi yaxşı bilirik: köhnə şəxsiyyətimiz onunla birlikdə dirəyə mıxlanıb+ ki, günahlı bədənimiz üzərimizdə ağalıq etməsin+ və artıq günahın qulu olmayaq.+ 7 Çünki ölmüş adam günahdan azaddır.
8 Əgər Məsihlə ölmüşüksə, inanırıq ki, onunla birlikdə yaşayacağıq. 9 Axı bilirik ki, Məsih dirilmişdir+ və bir daha ölməyəcək,+ ölüm artıq onun üzərində ağalıq etmir. 10 O, öz ölümü ilə günahı birdəfəlik aradan götürdü,+ indi isə həyatını Allah üçün yaşayır. 11 Siz də özünüzü günah üçün ölmüş sayın və Məsih İsa vasitəsilə+ Allah üçün yaşayın.
12 Buna görə də qoymayın ki, günah fani bədəninizdə hökmranlıq etsin+ və siz bədəninizin istəklərinə tabe olasınız. 13 Həmçinin bədəninizi haqsızlıq silahı kimi günaha təqdim etməyin, özünüzü ölümdən həyata qayıtmış insanlar kimi, bədəninizi də salehlik silahı kimi Allaha təqdim edin.+ 14 Günah sizin üzərinizdə ağalıq etməməlidir, axı siz qanunun yox,+ lütfün tabeliyindəsiniz.+
15 Bundan hansı nəticə hasil olur? Qanunun tabeliyində yox, lütfün tabeliyində olduğumuz üçün günah işləməliyik?+ Əsla! 16 Məgər bilmirsiniz ki, kimə qul kimi tabe olursunuzsa, onun qulu olursunuz? Kimin əmri ilə oturub-durursunuzsa, onun qulusunuz:+ ya ölümə aparan günahın,+ ya da salehlik gətirən itaətkarlığın qulu olursunuz. 17 Allaha şükürlər olsun ki, vaxtilə günahın qulu olan sizlər, aldığınız təlimə ürəkdən itaət etdiniz. 18 Bəli, siz günahın əsarətindən qurtulub+ salehliyin qulu oldunuz.+ 19 Günahlı təbiətinizin zəifliyinə görə sizinlə sadə dildə danışıram: necə ki siz vaxtilə qanunsuz işlər görmək üçün bədəninizin üzvlərini qanunsuzluğun və natəmizliyin qulu edirdiniz, indi də müqəddəs olmaq üçün bədəninizin üzvlərini salehliyin qulu edin.+ 20 Çünki siz günahın qulu olanda salehliyə tabe deyildiniz.
21 O zaman bəhrəniz nə idi? İndi sizə xəcalət gətirən şeylər. O işlərin axırı ölümdür.+ 22 Ancaq indi siz günahın əsarətindən qurtulub Allahın qulları olduğunuz üçün müqəddəslik bəhrəsi gətirirsiniz+ və sonda əbədi həyata qovuşacaqsınız.+ 23 Çünki günahın ödədiyi haqq ölümdür,+ Allahın verdiyi ənam isə Ağamız Məsih İsa sayəsində+ əbədi həyatdır.+