Əşiya
65 «Məni soraqlamayanlara Məni axtarmağa izin verdim.
Məni axtarmayanlara Özümü aşkar etdim.+
Adımı çağırmayan xalqa “Mən buradayam! Mən buradayam!” dedim.+
3 Bu xalq düz üzümə Məni təhqir edir,+
Bağlarda qurban gətirir,+ kərpic üstündə qurban tüstüsü təqdim edir.
4 Qəbirlər arasında otururlar,+
Gecəni xəlvət yerlərdə* keçirirlər,
Donuz əti yeyirlər,+
Qablarındakı murdar ətdən qalan həlimdir.+
5 Deyirlər: “Uzaq dur, mənə yaxın gəlmə,
Mən səndən pakam*”.
Belələri burnumda tüstüdür, bütün günü yanan oddur.
6 Bax, önümdə bu yazılıb.
Sakit durmayacağam,
Əvəzini verəcəyəm,+
Əvəzini artıqlamasıyla verəcəyəm,
7 Həm özlərinin, həm də ata-babalarının təqsirinə görə»,+ — deyir Yehova.
«Çünki onlar dağların başında qurban tüstüsü təqdim edirlər,
Təpələrin başında adımı ləkələyirlər.+
Mən, ilk növbədə, onların haqqını verəcəyəm, özü də artıqlamasıyla».
8 Yehova belə deyir:
«Necə ki içində təzə şərab olan salxım üçün deyirlər:
“Onu məhv etmə, onda bərəkət var”,
Mən də qullarımın xatirinə belə edəcəyəm,
Onların hamısını məhv etməyəcəyəm.+
Seçilmişlərim oraya sahib olacaq,
Qullarım orada məskən salacaq.+
10 Məni axtaran xalqımın xatirinə
Şaron+ qoyun-quzu otlağı,
Axor+ dərəsi mal-qaranın dincəldiyi yer olacaq.
11 Siz isə Yehovanı tərk edənlərsiniz,+
Müqəddəs dağımı yaddan çıxaran,+
Bəxt allahına süfrə açan,
Tale allahına şərab süzənlərsiniz.
12 Buna görə, Mən sizi qılınca qismət edəcəyəm,+
Hamınız məhv olmaq üçün diz çökəcəksiniz,+
Çünki Mən çağıranda cavab vermirdiniz,
Mən danışanda qulaq asmırdınız.+
Xoşlamadığım əməlləri görürdünüz,
Xoşuma gəlməyən şeyləri üstün tutdunuz».+
13 Külli-İxtiyar Yehova belə deyir:
«Bax, Mənim qullarım yeyəcək, siz isə ac qalacaqsınız.+
Qullarım içəcək,+ siz isə susuzluqdan yanacaqsınız,
14 Qullarım ürək coşqunluğundan hayqıracaq,
Sizsə ürək ağrısından qışqıracaqsınız,
Ruhunuz əzildiyindən fəğan edəcəksiniz.
15 Özünüzdən sonra qoyduğunuz adla seçilmişlərim lənət edəcək,
Külli-İxtiyar Yehova hamınızı öldürəcək,
Öz qullarına isə başqa ad verəcək.+
16 Dünyada özünə xeyir-dua diləyən hər kəs
Haqq Allahının adı ilə diləyəcək.
Köhnə dərdlər unudulacaq,
Gözümün qabağından qeyb olacaq.+
17 Budur, Mən yeni göylər və yeni yer yaradıram,+
Köhnə şeylər yada düşməyəcək,
Daha xatırlanmayacaq.+
18 Odur ki, yaratdığım şeylərə görə əbədiyyən sevinin, şadlanın!
Çünki Mən Yerusəlimi fərəh qaynağı,
Əhlini sevinc mənbəyi olmaq üçün yaradıram.+
19 Mən Yerusəlimə görə fərəhlənəcəyəm, xalqıma görə sevinəcəyəm.+
Artıq onda ağlaşma, fəryad səsi eşidilməyəcək».+
20 «Daha orada bir neçə günlük körpələr ölməyəcək,
Ahılların ömrü yarıda qırılmayacaq.
Yüz yaşında ölən gənc sayılacaq,
Günahkar isə yüzyaşlı olsa da, lənətlənəcək*.
22 Tikdikləri evdə özgələr yaşamayacaq,
Əkdiklərinin barını özgələr yeməyəcək.
Xalqımın ömrü ağac ömrütək uzun olacaq,+
Seçilmişlərim əllərinin zəhmətindən doyunca zövq alacaq.
23 Onlar nahaq yerə əlləşməyəcək,+
Bəla üçün övlad doğmayacaq,
Çünki onlar Yehovanın mübarək etdiyi nəsildir,+
Övladları da onlarla bahəm.+
24 Onlar hələ çağırmamış Mən hay verəcəyəm.
Onlar hələ danışarkən Mən eşidəcəyəm.
25 Canavar quzu ilə bir yerdə yem yeyəcək,
Şir də öküz kimi saman yeyəcək,+
İlanın yemi torpaq olacaq.
Müqəddəs dağımda heç kimə zərər-ziyan vurulmayacaq»,+ — deyir Yehova.