Yəhyaya nazil olmuş vəhy
20 Sonra mən göydən enən bir mələk gördüm. Onun əlində dibsiz quyunun açarı+ və böyük bir zəncir vardı. 2 O, qədim ilanı,+ İblis+ və Şeytan+ adlanan əjdahanı+ tutub min illiyə buxovladı və 3 dibsiz quyuya atdı. O, dibsiz quyunun+ ağzını qapayıb möhürlədi ki, əjdaha, min il başa çatana kimi, xalqları azdırmasın. Sonra o, qısa müddətə azadlığa buraxılmalıdır.+
4 Mən taxtlar gördüm, onlarda oturanlara hakimlik səlahiyyəti verilmişdi. Mən həmçinin İsa haqqında şahidlik etdiklərinə və Allahdan danışdıqlarına görə boyunları vurulmuşları gördüm. Onlar vəhşi heyvana və onun surətinə sitayiş etməmiş, alınlarına və əllərinə onun nişanını vurdurmamışlar.+ Onlar dirildilər və Məsihlə birlikdə min il padşahlıq etdilər.+ 5 (Qalan ölülər min il başa çatmayınca dirilmədilər.)+ Bu, birinci dirilmədir.+ 6 Birinci dirilmədə+ payı olan müqəddəs və xoşbəxtdir. Onların üzərində ikinci ölümün+ hökmü+ yoxdur. Onlar Allahın və Məsihin kahinləri+ olacaq və min il ərzində Məsihlə birlikdə padşahlıq edəcəklər.+
7 Min il tamam olduqda Şeytan zindandan buraxılacaq. 8 O gedib yerin dörd ucundan xalqları, Yəcuc və Məcucu yoldan çıxaracaq, onları savaşa toplayacaq. Onların sayı dəniz qumu qədərdir. 9 Onlar dünyanın hər yerinə yayıldılar, müqəddəslərin düşərgəsini və sevimli şəhəri mühasirəyə aldılar. Lakin göydən alov yağıb onları uddu.+ 10 Onları yoldan çıxaran İblis vəhşi heyvanın+ və yalançı peyğəmbərin+ atıldığı odlu-kükürdlü gölə atıldı. Onlar əbədiyyət boyu, gecə-gündüz əzab çəkəcəklər.
11 Sonra mən böyük bir ağ taxt və bu taxtda oturanı gördüm.+ Yer və göy Onun qabağından qaçdı+ və artıq onlar üçün yer tapılmadı. 12 Mən həmçinin taxtın önündə durmuş ölüləri — böyükləri və kiçikləri gördüm. Tumarlar açılmışdı. Başqa bir tumar da açıldı, bu tumar həyat kitabıdır.+ Ölülər tumarlarda yazılanlara uyǧun olaraq, əməllərinə görə mühakimə edildi.+ 13 Dəniz onda olan ölüləri qaytardı, ölüm və Məzar* da onlarda olan ölüləri qaytardılar və hər biri öz əməllərinə görə mühakimə edildi.+ 14 Ölüm və Məzar isə odlu gölə atıldı.+ Odlu göl+ ikinci ölümü+ bildirir. 15 Adı həyat kitabında+ tapılmayan hər kəs odlu gölə atıldı.+