Məsəllər
2 Kasıbın da, varlının da bir oxşarlığı var:
Hər ikisini Yehova xəlq edib.+
3 Uzaqgörən bəlanı duyub gizlənər,
Cahil isə qabağa gedib ziyan tapar.
4 Təvazökarlığın və Yehova xofunun bəhrəsi
Sərvət, şərəf və həyatdır.+
5 Əyri adamın yolunda tikan olar, tələ olar.
Canının qədrini bilən onlardan uzaq gəzər.+
9 Əliaçıq adamın ruzisi bol olar,
Çünki çörəyini kasıb-kusubla bölüşür.+
10 Rişxəndçini qov,
Dava-dalaş kəsilər,
Söz-söhbət, təhqir aradan qalxar.
12 Yehovanın gözü
elmin hamisidir.
Xainlərin isə sözlərini O puç edər.+
13 Tənbəl deyər: «Bayırda şir var,
Küçəyə çıxsam, məni parçalar».+
14 Pozğun qadının dili dərin quyudur,+
Yehovanın rədd etdiyi kəs ora düşər.
19 Yehova güvənc yerin olsun deyə
Bu gün sənə bilik verirəm.
20 İndiyədək sənə
Məsləhətlər, nəsihətlər yazmışam ki,
21 Doğru-dürüst sözlər öyrədim,
Səni göndərənə düzgün xəbər aparasan.
23 Çünki onların işinə Yehova Özü baxacaq,+
Onlara fırıldaq gələnin canını alacaq.
24 Özündən tez çıxanla yoldaş olma,
Hirsli adamla oturub-durma.
25 Yoxsa onun yollarına alışarsan,
Özünü tora salarsan.+
26 Əl sıxıb girov boyun olanların,
Borca zamin duranların arasında olma.+
27 Borcu verməyə bir şeyin olmasa,
Altından yatağını apararlar.
28 Qədimdən, əcdadlardan qalma
Sərhəd nişanını yerindən tərpətmə.+
29 İşində usta adamı görmüsən?
O, adi adamların yox,
Padşahların hüzurunda durar.+