Məsəllər
11 Yehova əyri tərəzidən ikrah edir,
Amma düzgün çəkidən razı qalır.+
5 Kamil insanın salehliyi yollarını düz edər,
Şər adamı isə pisliyi yıxar.+
7 Şər adam ölər, ümidi yox olar,
Gücünə güvənci də puç olar.+
8 Saleh bəladan qurtular,
Onun yerinə şər adam bəlaya düşər.+
9 Allahsızın dili qonşusunu məhv edər,
Salehi isə elmi xilas edər.+
10 Salehlərin paklığı bütün şəhəri şad edər,
Pislər öləndə də sevinc sədaları ucalar.+
13 Böhtançı məxfi söhbəti yayar,+
Etibarlı adam isə sirri saxlar.
14 Ağıllı məsləhət olmayan yerdə xalq yıxılar,
Çoxlu məsləhətçi olan yerdə isə uğur gələr.+
15 Yad üçün girov boyun olanın aqibəti pis olar,+
Tələsik əl sıxıb razılıq verməyənin başı salamat olar.
16 Nəcib qadın şərəf qazanar,+
Zalım adam sərvətdən yapışar.
19 Salehlik tərəfində möhkəm duran həyat yolundadır,+
Şər dalınca qaçan ölümə gedir.
21 Arxayın ol, pis adam cəzasız qalmaz,+
Salehin isə övladları nicat tapar.
22 Ağıl-kamalı rədd edən qadının gözəlliyi
Donuzun burnunda qızıl halqaya bənzər.
23 Salehin arzusu xeyrə aparır,+
Şər adamın ümidi qəzəb doğurur.
26 Taxılı gizlədənə xalq lənət edər,
Taxılı satana isə alqış oxunar.
31 Əgər bu dünyada saleh elədiyinin əvəzini alırsa,
Onda gör şər adamı, günahkarı nə gözləyir?+