Məttanın yazdığı müjdə
3 O günlərdə Vəftizçi Yəhya+ Yəhudiyyə çöllüyündə təbliğ etməyə başladı.+ 2 O deyirdi: «Tövbə* edin, çünki səmavi Padşahlıq yaxınlaşır».+ 3 Əşiya peyğəmbər+ onun haqqında demişdi: «Çöllükdə kimsə qışqırır: “Yehova üçün yol hazırlayın! Onun yollarını hamarlayın”».+ 4 Yəhya dəvə yunundan paltar geyir, belinə dəri qurşaq bağlayırdı,+ çəyirtkə və çöl balı ilə qidalanırdı.+ 5 Yerusəlim, bütün Yəhudiyyə və İordan ətrafı bölgələrin camaatı onun yanına axışırdı.+ 6 İnsanlar günahlarını açıq-aşkar boynuna alırdı, Yəhya da onları İordan çayında vəftiz* edirdi.+
7 Yəhya xeyli fərisi və saddukinin+ vəftiz yerinə gəldiyini görəndə onlara dedi: «Ey əfi ilan balaları,+ qarşıdan gələn qəzəbdən qaçmaq fikrini ağlınıza kim qoyub?+ 8 Tövbəyə yaraşan bəhrələr gətirin, 9 “Atamız İbrahimdir”,+ — deyib özünüzü arxayınlaşdırmayın. Bunu bilin ki, Allah istəsə, İbrahimə bu daşlardan da övlad yarada bilər. 10 Balta artıq ağacların dibindədir. Yaxşı meyvə gətirməyən ağac kəsilib oda atılacaq.+ 11 Tövbə etdiyiniz üçün mən sizi su ilə vəftiz edirəm,+ amma məndən sonra gələn məndən güclüdür. Mən onun ayağından səndəlini çıxartmağa belə, layiq deyiləm.+ O, sizi müqəddəs ruhla+ və alovla vəftiz edəcək.+ 12 O, əlində kürək hazır dayanıb. Xırmanı tərtəmiz təmizləyib buğdasını anbara yığacaq, samanı isə sönməz oda atıb yandıracaq».+
13 O zaman İsa vəftiz olunmaq üçün Cəlilədən İordan çayının kənarına, Yəhyanın yanına gəldi.+ 14 Yəhya: «Məni sən vəftiz etməlisən, sən isə mənim yanıma gəlirsən?» — deyərək ona mane olmaq istədi. 15 İsa ona cavab verdi: «Mənə mane olma, çünki bu yolla biz doğru olan hər şeyi yerinə yetirəcəyik». Onda Yəhya daha ona mane olmadı. 16 İsa vəftiz olan kimi sudan çıxdı. Birdən göylər açıldı,+ Yəhya gördü ki, Allahın ruhu göyərçin kimi İsanın üzərinə enir.+ 17 Bu zaman göydən bir səs gəldi:+ «Bu, Mənim sevimli Oğlumdur.+ Mən ondan çox razıyam».+