Vaiz
7 Yaxşı ad+ əla yağdan, ölüm günü də doğum günündən yaxşıdır. 2 Yas evinə getmək ziyafət evinə getməkdən yaxşıdır,+ çünki hər kəsin axırı budur. Hər bir yaşayan bunu yadında saxlamalıdır. 3 Qəm gülüşdən yaxşıdır,+ çünki çöhrənin qəmi ürəyi gözəl edir.+ 4 Hikmətlinin ürəyi yas evindədir, ağılsızın ürəyi isə şənlik evində.+
5 Hikmətlinin məzəmmətini+ eşitmək axmaqların nəğməsinə qulaq asmaqdan yaxşıdır. 6 Çünki ağılsızın gülüşü qazan altında yanan tikanın çırtıltısına bənzəyir.+ Bu da puçdur. 7 Amma zülm hikmətlini dəli edər, rüşvət ürəyi korlayar.+
8 İşin axırı əvvəlindən yaxşıdır. Səbirli olmaq təkəbbürlü olmaqdan yaxşıdır.+ 9 Küsəyən olma,+ inciklik axmaqların köksündə yuva salır*.+
10 Demə: «Əvvəlki günlər indikindən yaxşı idi». Müdrik adam belə deməz.+
11 Hikmət mirasla qoşa olanda gözəldir, günəş işığı görən hər kəs üçün faydalıdır. 12 Çünki hikmət də pul kimi insanın sipəridir.+ Amma elmin və hikmətin üstünlüyü bundadır ki, onlar öz sahibinin həyatını hifz edir.+
13 Allahın işinə diqqət yetir, Onun əydiyini kim düzəldə bilər?+ 14 Yaxşı günündə sən də şad-xürrəm ol,+ pis gündə isə bunu bil: hər cür günü Allah verir+ ki, insan sabah başına nələr gələcəyini bilməsin.+
15 Bu fani həyatımda+ hər şey görmüşəm — salehliyinə baxmayaraq, məhv olan salehi+ də, pisliyinə baxmayaraq, uzun ömür sürən pisi də.+
16 Həddən artıq saleh olma,+ özünü həddən artıq müdrik göstərmə.+ Axı nəyə görə özünü məhv edəsən?+ 17 Həddən artıq pis olma, nə də axmaq olma.+ Axı nəyə görə vaxtından tez öləsən?+ 18 Yaxşı olar ki, bu nəsihətdən bərk yapışasan, o birisini də əldən buraxmayasan.+ Çünki Allahdan qorxan hər ikisinə əməl edər.
19 Hikmət müdriki şəhərdəki on güclüdən də güclü edir.+ 20 Dünyada elə saleh adam yoxdur ki, heç vaxt günah etməsin, ancaq yaxşılıq etsin.+
21 Hər deyilən sözə fikir vermə.+ Yoxsa nökərinin səni yamanladığını eşidərsən. 22 Axı ürəyin yaxşı bilir ki, özün də başqalarını dəfələrlə yamanlamısan.+
23 Bunların hamısını hikmətlə sınadım, «hikmətli olacağam» dedim. Amma bacarmadım. 24 Keçmişdə olanlar əlçatmazdır, çox-çox dərindir. Kim onları dərk edə bilər?+ 25 Ürəyimdə qərar verdim ki, hikməti, hər şeyin səbəbini öyrənim, axtarıb araşdırım, axmaqlığın pisliyini, dəliliyin səfehliyini başa düşüm.+ 26 Bir şeyi anladım: ovçu tələsinə bənzəyən qadın ölümdən də betərdir. Onun ürəyi sanki tor, əlləri qandaldır. Allahı razı salan adam qaçıb canını ondan qurtarar,+ günahkar isə ona əsir düşər.+
27 Vaiz+ dedi: «Bax bunu öyrəndim, nəticə çıxartmaq üçün hər şeyi bir-bir araşdırdım, 28 axtardım, amma axtardığımı tapmadım. Min nəfərin içindən bir kişi* tapdım, amma onların arasından bir qadın tapmadım. 29 Bir bunu başa düşdüm ki, Allah insanları kamil yaratmışdı,+ amma onların hərəsi bir niyyətin dalınca düşdü.+