Zəbur
Dirijora. Davudun məzmuru. «Sübh maralı»* üçün.
22 Allahım, Allahım, niyə məni tərk etdin?+
Niyə fəğanımdan uzaqdasan, eşitmirsən?+
Niyə dadıma yetişmirsən?
2 Ey Allahım, gecə-gündüz səni səsləyirəm,
Sən isə mənə hay vermirsən.+
3 Sən müqəddəssən,+
İsrailin mədhləri bürüyüb taxtını.
5 Səndən imdad dilədilər, qurtuldular,
Sənə arxalandılar, peşman olmadılar.+
6 Mən isə tənə, nifrət hədəfiyəm,
Sanki, insan deyiləm, torpaq qurduyam.+
8 «Özünü Yehovaya tapşırmışdı, qoy onu xilas etsin!
Əgər Ona əzizdirsə, qoy onu qurtarsın!»+
9 Məni anamın bətnindən çıxaran,+
Anamın qucağında mənə dinclik verən Sənsən.
10 Doğulduğum andan Sənin əllərindəyəm,
Anamın bətnindən Allahım Sənsən.
13 Nərə çəkən, ovunu parçalayan aslan kimi,
Mənə diş qıcayırlar.+
14 Su kimi yerə tökülmüşəm,
Sümüklərim oynaqlardan çıxıb.
Şir kimi əl-ayağımı dişləyirlər.+
17 Gözlərini zilləyib mənə baxırlar.
Sümüklərimi bir-bir saya bilirəm.+
20 Canımı qılıncdan,
Şirin canımı köpəklərin pəncəsindən qurtar.+
21 Məni aslan ağzından, vəhşi öküzlərin buynuzundan qurtar;+
Mənə hay ver, məni qurtar.
23 Siz, ey Yehovadan qorxanlar, Ona alqış edin!
Ey Yaqub nəsli, Onu ucaldın!+
Ey İsrail nəsli, Ondan qorxun!
25 Böyük məclis içində Səni mədh edəcəyəm,+
Səndən qorxanların qarşısında nəzirlərimi yerinə yetirəcəyəm.
Qoy onların ürəyi əbədi döyünsün.
27 Dünyanın ucqarları Yehovanı yada salacaq, Ona tərəf dönəcək.
Bütün xalqlar nəsilbənəsil Sənə səcdə qılacaq.+
28 Çünki Yehovanındır taxt-tac,+
Xalqlara hökmranlıq edən Odur.
29 Dünyanın bütün bəxtəvərləri yeyib-içəcək və səcdə qılacaq,
Torpağa gedənlərin hamısı Onun önündə diz çökəcək.
Onlar ki canlarını belə, diri saxlaya bilmirlər.
30 Onların övladları Ona qulluq edəcək;
Gələcək nəslə Yehova barədə nəql ediləcək.
31 Onlar gəlib Onun ədalətindən söz açacaqlar,
Onun işlərini sonrakı nəsillərə bildirəcəklər.