Zəbur
Dirijora. Davudun məzmuru.
2 Hər gün dillərindən sözlər süzülür,
Hər gecə bir hikmət açırlar.
3 Nə bir söz, nə bir kəlmə,
Nə bir səs eşidilmir.
Allah günəş üçün göydə bir çadır qurub,
5 Günəş, sanki, təzəbəydir, gərdəyindən çıxır,
Şadlanır qaçışa çıxan bir igid kimi.
İstisindən heç nə gizlənməz.
7 Yehovanın qanunu kamildir,+ cana qüvvət verir,+
Yehovanın öyüdləri etibarlıdır,+ naşı adamı müdrik edir,+
8 Yehovanın buyruqları doğrudur, ürəyi sevindirir,+
Yehovanın əmri safdır, gözlərə nur verir,+
9 Yehova önündə qorxu+ pakdır, əbədi qalır,
Yehovanın hökmləri doğrudur, hamısı ədalətlidir.+
12 Öz səhvlərini kim dərk edə bilər?+
Bilmədən etdiyim günahlarımı əfv et,
13 Qulunu özbaşına hərəkətlərdən saxla,+
Qoyma onlar mənə ağalıq etsin.+
Onda kamil olaram,+
Böyük xətalardan uzaq olaram.