Ərəmya
15 Sonra Yehova mənə dedi: «Hətta Musa ilə İşmuil də qarşımda dursaydı,+ bu xalqa lütf göstərməzdim. Onları önümdən rədd elə. Qoy getsinlər. 2 Soruşsalar: “Hara gedək?” Söylə ki, Yehova belə deyir:
“Azar üçün ayrılanlar azara!
Qılınc üçün ayrılanlar qılınca!+
Aclıq üçün ayrılanlar aclığa!
Əsarət üçün ayrılanlar əsarətə!”+
3 “Onların üstünə dörd bəla* göndərəcəyəm,+ — Yehova bəyan edir, — öldürmək üçün qılınc, sürüyüb-aparmaq üçün itlər, yeyib-parçalamaq üçün quşlar və heyvanlar.+ 4 Yəhuda padşahı Hizqiyyə oğlu Mənəssənin Yerusəlimdə törətdiyi əməllərə görə+ onları dünyanın bütün səltənətləri önündə dəhşətli hala salacağam.+
5 Onda halına kim yanacaq, ey Yerusəlim?
Kim sənə acıyacaq?
Kim ayaq saxlayıb səndən hal-əhval tutacaq?”
6 “Sən Məni tərk etmisən,+
Mənə arxa çevirirsən*,+ — Yehova bəyan edir.
Əlimi uzadıb səni məhv edəcəyəm.+
Nə qədər rəhm etmək olar?
Artıq usanmışam.
7 Onları ölkənin şəhərlərində* yaba ilə sovuracağam.
Onları övladsız qoyacağam.+
Xalqımı məhv edəcəyəm,
Çünki yollarından dönmürlər.+
8 Önümdə dulların sayı dəniz qumundan çox olacaq.
Günün günorta çağı anaların, cavanların üstünə basqınçı göndərəcəyəm.
Bir an içində onları vahiməyə, dəhşətə salacağam.
9 Yeddi övlad anası taqətdən düşüb.
Nəfəs almağa gücü çatmır.
Onun günəşi gündüz vaxtı batıb,
Rüsvayçılıq, rəzillik gətirib*.
Onlardan tək-tük qalanları
Düşmən qılıncına yem edəcəyəm”, — bəyan edir Yehova».+
10 Vay mənim halıma! Ay ana, məni niyə doğdun,+
Bütün ölkənin dalaşdığı, çəkişdiyi bir adamı niyə dünyaya gətirdin?
Nə bir kəsdən borc almışam, nə bir kəsə borc vermişəm,
Amma hamı mənə lənət oxuyur.
11 Yehova dedi: «Sənin əlindən tutacağam,
Fəlakət günündə, dar günündə
Düşmənlə üz-üzə gələndə sənə yar olacağam.
12 Kimsə misi, dəmiri,
Şimaldan gələn dəmiri qırıb parça-parça edə bilər?
13 Sizin sərvətinizi, xəzinələrinizi talan malı edəcəyəm,+
Ölkənin hər tərəfində etdiyiniz günahlara görə onları havayı verəcəyəm.
14 Onları düşmənlərinizə verəcəyəm,
Tanımadığınız ölkəyə aparacaqlar.+
Qəzəbim od tutub yanır,
Sizə qarşı alovlanır».+
15 Sən dərdimi bilirsən, ey Yehova.
Məni yada sal, mənə nəzər yetir.
Düşmənlərimdən intiqam al.+
Qəzəbini saxlama, qoyma ölüm.
Axı Sənin uğrunda rüsvayçılıq çəkirəm.+
Sözün mənə sevinc verdi, ürəyimə şadlıq gətirdi.
Çünki mən Sənin adını daşıyıram, ey ordular Allahı Yehova.
Çünki içimi qəzəblə doldurmusan.+
18 Nə üçün acılarım bitmir, yaram şəfa tapmır?
Sağalmır ki sağalmır.
Sən mənim üçün aldadıcı, etibarsız
Çeşmə olacaqsan?
19 Onda Yehova dedi:
«Əgər Mənə dönsən, sənə yenə lütf göstərərəm.
Yenə hüzurumda durarsan.
Əgər dəyərsiz şeyi dəyərli şeydən ayırsan,
Mənim elçim olarsan.
Onlar sənin tərəfinə keçəcəklər,
Amma sən onların tərəfinə keçməyəcəksən».
20 «Səni bu xalqın içində möhkəm mis divar edirəm.+
Onlar səninlə vuruşacaqlar,
Amma üstün gələ bilməyəcəklər.+
Çünki Mən səninləyəm, səni xilas edəcəyəm», — bəyan edir Yehova.
21 «Səni şər adamların əlindən qurtaracağam.
Zalımların pəncəsindən xilas edəcəyəm».