Yuşə
3 Yuşə səhər tezdən durdu. O, israillilərlə bərabər Şittimdən+ çıxdı və İordan çayına qədər gəldi. Amma çayı keçmədilər, gecəni orada qaldılar.
2 Üç gündən sonra məmurlar+ düşərgəni dolaşıb 3 xalqa tapşırdılar: «Lavili kahinlərin Allahınız Yehovanın Əhd sandığını daşıdığını+ görəndə yola çıxın və sandığın ardınca gedin. 4 Amma sizinlə sandıq arasında 2000 qulaca* qədər məsafə olmalıdır. Ona çox yaxınlaşmayın ki, hara gedəcəyinizi biləsiniz, çünki indiyə kimi bu yolla getməmisiniz».
5 Yuşə xalqa dedi: «Paklanın+, sabah Yehova aranızda möhtəşəm işlər+ görəcək».
6 Sonra kahinlərə tapşırdı: «Əhd sandığını+ götürün və xalqın önünə keçin». Kahinlər sandığı götürdülər və xalqın önündə getdilər.
7 Yehova Yuşəyə dedi: «Bu gündən etibarən, Mən səni bütün İsrailin gözündə ucaldacağam.+ Onlar biləcəklər ki, Musaya dayaq olduğum kimi, sənə də dayağam.+ 8 Əhd sandığını daşıyan kahinlərə söylə: “Ayağınız İordanın suyuna dəyən kimi dayanın”».+
9 Yuşə israillilərə dedi: «Yaxın gəlin, Allahınız Yehovanın sözünü dinləyin». 10 Sonra isə dedi: «Siz var olan Allahın sizinlə olduğunu biləcəksiniz.+ O, mütləq kənaniləri, hetləri, hiviləri, fəriziləri, girqaşiləri, amoriləri və yəbusiləri qarşınızdan qovacaq.+ 11 Dinləyin, Xudavəndi-aləmin Əhd sandığı İordan çayına sizdən əvvəl girəcək. 12 İndi hər qəbilədən bir nəfər olmaqla, İsrail qəbilələrindən on iki kişi seçin.+ 13 Xudavəndi-aləmin, Yehovanın sandığını daşıyan kahinlərin ayağı İordana dəyəndə yuxarıdan axan sular dayanıb bənd kimi duracaq».+
14 Xalq İordanı keçmək üçün çadırlarını yığdı və Əhd sandığını daşıyan kahinlərin ardınca getdi.+ 15 (İordan çayı biçin mövsümündə daşır, yan-yörəni basır.)+ Sandığı daşıyan kahinlər İordana çatıb çaya ayaq basan kimi 16 yuxarıdan axan sular dayandı, çox uzaqda, Sərfan şəhəri yaxınlığındakı Adəm şəhərində yığın halında durdu. Ərəbə dənizinə, yəni Şor dənizə* axan sular isə tökülüb qurtardı. Sular dayandı və xalq çayın o biri tayına, Ərihaya baxan tərəfinə keçdi. 17 Bütün İsrail İordanı quru yolla keçənə qədər, camaatın hamısı çayı keçib qurtaranacan Yehovanın Əhd sandığını daşıyan kahinlər İordanın ortasında, quru yerdə dayandılar.+