Ərəmya
10 Ey İsrail evi, Yehovanın əleyhinizə dediyi sözü eşidin. 2 Yehova belə deyir:
3 Xalqların adətləri puçdur.
Bir nəfər meşədə ağac kəsir,
Sonra sənətkar öz aləti ilə onu yonub-düzəldir.+
5 Bu bütlər xiyar bostanındakı müqəvva kimi danışa bilmir,+
Onları daşıyırlar, çünki özləri yeriyə bilmir.+
Onlardan qorxmayın, çünki nə pislik edə bilirlər,
Nə də yaxşılıq».+
6 Ey Yehova, Sənin mislin yoxdur.+
Sən ulusan, adın ucadır, əzəmətlidir.
7 Ey xalqların Hökmdarı,+ kim Səndən qorxmaz? Başqa cür ola bilməz.
Bütün dünya səltənətlərinin müdrikləri arasında
Sənə tay yoxdur.+
8 Onların hamısı ağılsızdır, axmaqdır.+
Ağac parçasının verdiyi nəsihət boşdur.+
9 Tarşişdən+ gümüş lövhələr, Üfəzdən qızıl gətirilir,
Sənətkar, zərgər onları taxtanın üstünə çəkir.
Bu bütlərə göy iplikdən, bənövşəyi yundan paltar geyindirilir.
Onların hamısı sənətkarın əl işidir.
10 Amma Yehova tək bir Allahdır.
O, var olan Allahdır,+ əbədi hökmdardır.+
Onun qəzəbindən yer üzü titrəyəcək,+
Hiddəti qarşısında heç bir xalq dura bilməyəcək.
11 * Onlara belə de:
«Yeri-göyü yaratmayan allahlar
Yer üzündən, göylər altından yox olacaq».+
13 Səsini çıxaranda
Göylərdəki sular çağlayır.+
O, yerin ucqarlarından bulud qaldırır,+
14 Hər kəs axmaqlıq, cahillik edir.
Sənətkar düzəltdiyi bütə görə utanacaq.+
Çünki tökdüyü büt yalandır,
Onda nəfəs yoxdur.+
15 Bütlər puçdur, gülünc şeydir.+
Haqq-hesab günündə hamısı məhv olacaq.
Adı ordular Allahı Yehovadır.+
17 Ey mühasirədə olan qadın,
Yerdən boğçanı götür.
18 Yehova belə deyir:
«Bu dəfə ölkənin sakinlərini kənara tullayacağam,+
Onlara əzab çəkdirəcəyəm».
19 Vay halıma, dərdim böyükdür,+
Yaram sağalmazdır.
Dedim: «Bu dərd mənimdir, özüm çəkməliyəm.
20 Çadırım uçub, ipləri qırılıb.+
Övladlarım məni tərk edib, artıq yoxdurlar.+
Çadırımı quran, parçalarını qaldıran kimsə qalmayıb.
Beləcə ağılsız davrandılar,
Sürüləri pərən-pərən oldu».+
22 Dinləyin, xəbər var!
Şimal ölkəsindən güclü gurultu gəlir,+
Yəhuda şəhərlərini xaraba qoyacaq, onları çaqqal yuvasına döndərəcək.+
23 Yehova, bilirəm ki, insanın yolu öz əlində deyil,
Addımlarını yönəltmək insanın ixtiyarında deyil.+
25 Qəzəbini Səni tanımayan xalqların,+
Adını çağırmayan tayfaların üzərinə yağdır.