Zəbur
Şənbə günü üçün məzmur.
92 Nə yaxşıdır Sənə həmd etmək, ey Yehova,+
Nə yaxşıdır adını nəğmədə tərənnüm etmək, ey Haqq-Taala!
2 Səhərlər məhəbbətindən,+
Gecələr sədaqətindən danışmaq,
3 Setarın, on telli alətin,
Çəngin avazı altında.+
4 Əməllərinlə məni sevindirdin, ey Yehova,
Əllərinin işindən cuşa gəlirəm.
5 Ey Yehova, necə də böyük işlər görmüsən!+
Düşüncələrin necə dərindir!+
6 Nadan adam bunları bilməz,
Səfehin ağlı bunu kəsməz:+
8 Sən isə, ey Yehova, əbədilik ucasan.
9 Bax! Ey Yehova, müzəffər nəzərlə düşmənlərinə bax,
Gör, onlar necə yox olacaq,
Bədəməllərin hamısı pərən-pərən düşəcək.+
10 Məni isə çöl öküzütək güclü edərsən.
Bədənimə təzə yağ sürtərəm.+
11 Gözüm müzəffər nəzərlə düşmənlərə baxar,+
Qulağım üstümə gələn pislərin məğlubiyyətini eşidər.
13 Onlar Yehovanın evində əkilib,
Allahımızın həyətində çiçək açır.+
15 Bəyan edəcəklər ki, Yehova doğrudur.
O, mənim qayamdır,+ Onda haqsızlıq yoxdur.