Məttanın yazdığı müjdə
18 Bu vaxt şagirdlər İsanın yanına gəlib dedilər: «Səmavi Padşahlıqda ən böyük kim olacaq?»+ 2 İsa yanına balaca bir uşaq çağırdı və onu şagirdlərin arasına qoyub 3 dedi: «Sizə deyirəm, dəyişib uşaq kimi olmasanız,+ səmavi Padşahlığa əsla girməyəcəksiniz.+ 4 Özünü bu uşaq kimi kiçildən səmavi Padşahlıqda ən böyük olacaq.+ 5 Bunun kimi bir uşağı mənim xatirimə qəbul edən məni də qəbul edir. 6 Amma mənə inanan bu kiçiklərdən birini günaha sürükləyənin vay halına! Belə adamın boynuna dəyirman daşı* asıb dənizə atsaydılar, daha yaxşı olardı.+
7 İman yolunda qoyulan maneələrə görə vay dünyanın halına! Bu yolda maneələr mütləq olacaq. Amma vay o adamın halına ki maneələr onun vasitəsilə yaranacaq! 8 Əgər əlin və ya ayağın səni günaha sürükləyirsə, onu kəs at.+ İki əllə ya iki ayaqla sönməz alova atılmaqdansa, şikəst ya topal olub həyata qovuşmaq daha yaxşıdır.+ 9 Həmçinin əgər gözün səni günaha sürükləyirsə, onu çıxar at. İki gözlə odlu Hinnom vadisinə* atılmaqdansa, bir gözlə həyata qovuşmaq daha yaxşıdır.+ 10 Baxın ha, bu kiçiklərdən birinə saymazyana yanaşmayın. Bunu bilin ki, onların mələkləri göydə daima səmavi Atamın hüzurunda dururlar*.+ 11 *——
12 Necə bilirsiniz, yüz qoyunu olan adamın bir qoyunu itsə,+ məgər o, doxsan doqquz qoyunu dağda qoyub azmış qoyunu axtarmağa getməz?+ 13 Əgər onu tapsa, inanın, doxsan doqquz azmamış qoyundan daha çox o qoyuna görə şadlanacaq. 14 Eynilə də, mənim göydəki Atam* bu kiçiklərdən bircəciyinin belə məhv olmasını istəmir.+
15 Əgər kimsə* sənə qarşı bir günah iş tutsa, get onunla təklikdə danış, günahını üzünə de.+ Əgər sənə qulaq assa, onu qazandın.+ 16 İşdir, qulaq asmasa, özünlə bir və ya iki nəfər götür ki, məsələ iki və ya üç şahidin dili ilə təsdiq olunsun.+ 17 Əgər onlara qulaq asmasa, məsələni yığıncağa danış. Əgər yığıncağa da qulaq asmasa, qoy o adam sənin üçün bir bütpərəst+ və ya vergiyığan kimi olsun.+
18 İnanın, yerdə bağladığınız hər şey artıq göydə bağlanmış olacaq və yerdə açdığınız hər şey artıq göydə açılmış olacaq. 19 Əmin olun, əgər yerdə aranızdan iki nəfər vacib bir məsələ barəsində göydəki Atama dua etmək razılığına gələrsə, Atam onların istəyini yerinə yetirəcək.+ 20 İki ya üç adam mənim adım naminə bir yerə yığışanda mən də orada,+ onların arasındayam».
21 Onda Butrus gəlib İsadan soruşdu: «Ağa, kimsə mənə qarşı günah iş görəndə onu neçə dəfə bağışlamalıyam? Yeddi dəfə?» 22 İsa ona dedi: «Yeddi dəfə yox, lazım gəlsə, lap yetmiş yeddi dəfə bağışlamalısan.+
23 Buna görə də səmavi Padşahlığı nökərlərindən borclarını geri almaq istəyən bir padşaha bənzətmək olar. 24 Padşah borclarını yığanda yanına bir adam gətirdilər. Bu adam padşaha on min talant* pul borclu idi, 25 lakin borcu ödəməyə imkanı yox idi. Padşah əmr etdi ki, onun özü, arvad-uşağı və hər nəyi varsa, hamısı satılsın, borc geri qaytarılsın.+ 26 Onda nökər padşahın ayağına yıxılıb yalvarmağa başladı: “Ağa, bir az səbir elə, hamısını qaytaracağam”. 27 Padşahın nökərə rəhmi gəldi, onu azad etdi, borcunu da ləğv etdi.+ 28 Amma o nökər padşahın yanından çıxıb ona cəmi yüz dinar* borcu olan bir nökər yoldaşını tapdı, onu tutub boğmağa başladı və dedi: “Borcumu qaytar”. 29 Nökər onun ayağına yıxılıb yalvarmağa başladı: “Bir az səbir elə, hamısını qaytaracağam”. 30 Amma o, qulaq asmaq istəmədi. Gedib nökəri dustaqxanaya atdı ki, borcunu qaytarana qədər orada qalsın. 31 Digər nökərlər onun bu hərəkətini görəndə çox pis oldular və gedib hər şeyi padşaha danışdılar. 32 Onda padşah həmin nökəri çağırtdırıb dedi: “Ey yaramaz nökər! Sən mənə yalvaranda mən bütün borcunu bağışladım. 33 Məgər mən sənə rəhm etdiyim kimi, sən də nökər yoldaşına rəhm etməli deyildin?”+ 34 Padşah bərk qəzəbləndi. O, nökəri dustaqxana gözətçilərinə verdi ki, borcunu son qəpiyinə kimi ödəyənə qədər dustaqxanada qalsın. 35 Əgər siz də başqalarını ürəkdən bağışlamasanız,+ göydəki Atam da sizinlə belə davranacaq».+