Zəbur
Dirijora. «Zanbaqlar» üçün. Davudun məzmuru.
69 Qurtar məni, ey Allah, sular boğazıma çıxıb.+
2 Dərin bataqlığa düşmüşəm,
Ayağımın altında bərk yer yoxdur.+
Dərin sulara düşmüşəm,
Güclü axın aparır məni.+
3 Fəryad etməkdən taqətim kəsilib,+
Boğazım quruyub.
Allahımı gözləməkdən gözlərimin kökü saralıb.+
4 Mənə nahaqdan nifrət edənlər+
Başımın tükündən çoxdur,
Nahaqdan düşmən kəsilənlər,
Məni sükuta qərq etmək istəyənlər çoxalıb.
Götürmədiyim şeyləri qaytarmalı oldum.
5 Ey Allahım, ağılsızlıq etdiyimi bilirsən,
Günahlarım Səndən gizli deyil.
6 Ey Külli-İxtiyar, ey ordular Allahı Yehova,
Qoy Sənə ümid bağlayanlar mənə görə utanmasın.
Ey İsrailin Allahı,
Qoy Səni axtaranlar mənə görə xar olmasın.
8 Qardaşlarıma yad,
Anamın oğullarına özgə olmuşam.+
10 Oruc tutub təvazö etdim*,
Məni təhqir etdilər.
11 Paltar əvəzinə çul geyinəndə
Dilə-dişə düşdüm.
12 Şəhər darvazasında oturanlar hey məndən danışırlar,
Əyyaşlar mənə mahnı qoşurlar.
13 Qoy dualarım, ey Yehova,
Sənə iltifat vaxtı çatsın.+
14 Çıxar bataqlıqdan məni,
Qoyma batım.
Düşmən əlindən,
Dərin sulardan qurtar məni.+
18 Yetiş, canımı xilas et,
Düşmənlərdən məni qurtar.
19 Gördüyüm təhqirlərdən, xəcalətdən, rüsvayçılıqdan agahsan,+
Mənə düşmən kəsilənlər gözünün qabağındadır.
20 Təhqirlər ürəyimi deşdi, yaram sağalmazdır,
Halıma yanan axtardım, tapılmadı,+
Hey gözlədim, təsəlli verən olmadı.+
22 Qoy süfrələri onlara tor olsun,
Firavanlıqları onlara tələ olsun.+
23 Gözləri tor salsın, görə bilməsinlər.
Qoy qıçlarını əsməcə tutsun.
24 Hirsini onların başına tök,
Alovlu qəzəbin onları yaxalasın.+
25 Obaları boş qalsın,
Çadırlarında kimsə yaşamasın.+
26 Sənin vurduğun adamı təqib edirlər,
Yaraladığın kəsin ağrılarından danışıb həzz alırlar.
27 Onların təqsirinin üstünə təqsir gətir,
Qoy Sənin salehliyindən onlara pay düşməsin.
29 Sıxıntı içindəyəm, ağrı içindəyəm,+
Ey Allah, qoy qurtarıcı gücün məni hifz etsin.
30 Allahın adını nəğmələrdə tərənnüm edəcəyəm,
Onu həmdlərlə ucaldacağam.
31 Bu, Yehovaya buğa qurbanlarından,
Buynuzlu-dırnaqlı cöngələrdən daha xoşdur.+
32 Həlimlər bunu görüb sevinəcək.
Ey Allahı axtaranlar, qoy ürəyiniz dirçəlsin.
34 Qoy göy və yer,
Dənizlər və içindəki məxluqlar Ona alqış etsin.+
35 Allah Sionu xilas edəcək,+
Yəhuda şəhərlərini təzədən tikəcək,
Onlar orada yaşayacaq, o torpağa sahib olacaqlar.