Markın yazdığı müjdə
4 İsa yenidən dəniz kənarında vəz etməyə başladı. Onun yanına çoxlu adam yığışdı, buna görə də o, qayığa minib sahildən bir az aralandı. Camaat isə sahildə dayanmışdı.+ 2 İsa məsəllər+ çəkərək onlara çox şey öyrətməyə başladı. O dedi:+ 3 «Qulaq asın. Bir əkinçi toxum səpməyə çıxdı.+ 4 Toxum səpərkən toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. 5 Bəzisi torpağı az olan daşlığa düşdü və torpaq dərin olmadığından dərhal cücərdi.+ 6 Amma günəş çıxanda soldu və kökü olmadığından qurudu. 7 Bəzi toxumlar tikanlığa düşdü. Tikan kolları böyüyüb onları boğdu və onlar bar vermədi.+ 8 Amma bəziləri münbit torpağa düşdü, cücərib boy atdı və bar gətirdi. Onlar otuzqat, altmışqat və yüzqat bar verdilər».+ 9 İsa əlavə etdi: «Qulağı olan qoy eşitsin!»+
10 İsa tək qalanda on iki həvarisi və ətrafında olanlar çəkdiyi məsəllərlə bağlı onu sorğu-suala tutdular.+ 11 İsa onlara dedi: «Sizə Allahın Padşahlığının müqəddəs sirrini+ başa düşmək ənamı verilib, amma qalanlarına hər şey məsəllərlə söylənilir ki,+ 12 baxsalar da bir şey görməsinlər, eşitsələr də, bir şey anlamasınlar, heç vaxt geri dönməsinlər və Allah onları bağışlamasın».+ 13 Sonra əlavə etdi: «Bu məsəli başa düşmürsünüzsə, o birilərini necə başa düşəcəksiniz?
14 Əkinçi Allahın sözünü səpir.+ 15 Bəzi adamlarda söz, sanki, yol kənarında əkilib. Onlar sözü eşidər-eşitməz Şeytan gəlib+ ürəklərinə səpilmiş toxumu aparır.+ 16 Digər adamlarda söz, sanki, daşlıqda əkilib. Onlar sözü eşidən kimi sevinclə qəbul edirlər.+ 17 Amma kök atmadığından uzun müddət dura bilmirlər. Allahın sözünə görə çətinlik, təqib başlayan kimi onlar imandan dönürlər. 18 Bəzilərində isə toxum, sanki, tikanlığa düşüb. Onlar sözü eşidir,+ 19 lakin bu zəmanənin qayğıları+, var-dövlətin aldadıcı qüvvəsi+ və digər arzular+ ürəklərinə yol tapır, sözü boğur və söz bar gətirmir. 20 Nəhayət, münbit torpaqda əkilənlər Allahın sözünü dinləyən, onu sidqi-ürəkdən qəbul edən adamlardır. Belə adamlar otuzqat, altmışqat və yüzqat bəhrə verirlər».+
21 İsa sözünə davam etdi: «Heç görmüsünüz ki, çırağı səbətin və ya çarpayının altına qoysunlar? Onu çıraqdana qoyurlar, elə deyil?+ 22 Bəli, elə bir sirr yoxdur ki, əvvəl-axır üstü açılmasın, elə bir gizli şey yoxdur ki, aşkar olunmasın.+ 23 Qulağı olan qoy eşitsin».+
24 Sonra İsa dedi: «Sözlərimə diqqətlə qulaq asın.+ Hansı ölçü ilə ölçürsünüzsə, o ölçü ilə də sizə ölçəcəklər, hələ üstünə əlavə də edəcəklər. 25 Kimdə varsa, ona daha çox veriləcək,+ kimdə yoxdursa, əlindəki də alınacaq».+
26 İsa davam etdi: «Allahın Padşahlığı bir adamın torpağa toxum səpməsinə bənzəyir. 27 O, gecə yatır, səhər durur, amma toxum necə cücərir, necə böyüyür, o adamın xəbəri olmur. 28 Torpaq öz-özünə tədricən bar yetişdirir: əvvəlcə gövdə cücərir, sonra sünbül əmələ gəlir, nəhayət, sünbüldə dən yetişir. 29 Məhsul yetişən kimi adam orağı işə salır, çünki biçin vaxtı yetişib».
30 İsa sözünə davam etdi: «Allahın Padşahlığını nəyə bənzədək? Onu hansı məsəllə izah edək? 31 Padşahlıq xardal toxumuna bənzəyir. Əkin vaxtı toxumlar arasında ən xırdası odur.+ 32 Amma yerə əkiləndən sonra böyüyüb bütün bostan bitkiləri arasında ən yekəsi olur və qol-budaq atır, göy quşları da gəlib onun kölgəsində yuva salırlar».
33 İsa buna bənzər çoxlu məsəl+ çəkir, Allahın sözünü onlara qavraya bildikləri qədər danışırdı. 34 Bəli, İsa danışanda həmişə məsəl çəkirdi, lakin sonra hər şeyi təklikdə şagirdlərinə izah edirdi.+
35 Həmin gün axşam düşəndə İsa onlara dedi: «Gəlin o biri sahilə üzək».+ 36 Onlar camaatı yola salandan dərhal sonra İsanı qayıqla apardılar. Orada başqa qayıqlar da var idi.+ 37 Birdən güclü fırtına qopdu. Amansız dalğalar qayığa çırpılırdı. Qayıq batmaq üzrə idi.+ 38 İsa bu zaman qayığın dal tərəfində başını balışa qoyub yatmışdı. Şagirdlər onu oyadıb dedilər: «Ustad, məgər sənin vecinə deyil ki, biz batırıq?» 39 İsa durub küləyi ram etdi və dənizə əmr etdi: «Dayan! Sakit ol!»+ Külək yatdı, ətrafa dərin sükut çökdü. 40 O, şagirdlərə dedi: «Niyə qorxdunuz? Hələ də imanınız yoxdur?» 41 Onlar bərk qorxmuşdular və bir-birilərinə deyirdilər: «Bu kimdir ki, hətta külək də, dəniz də ona itaət edir?»+