Əyyub
36 Əlihu sözünə davam etdi:
2 «Bir az səbir elə, mən sənə izah edəcəyəm,
Allahın lehinə deyiləsi sözüm var.
3 Bildiyim şeyləri ətraflı söyləyəcəyəm,
Yaradanımın adil olduğunu bəyan edəcəyəm,+
4 Sözlərimdə qətiyyən yalan yoxdur.
Bax, kamil bilik Sahibi+ önündədir.
5 Allah qüdrətlidir,+ heç kimi rədd etməz,
Hikməti dərindir.
8 Əgər onlar buxovlansalar,
Bədbəxtlik ipləri onları sarısa,
9 Onlara əməllərini,
Təkəbbürlərindən doğan asiliklərini bildirər.
10 Onların qulaqlarını öyüdlərinə sarı açar,
Onları pis yoldan dönməyə səsləyər.+
11 Əgər Ona qulaq asıb qulluq edərlərsə,
Ömrünün günlərini firavanlıq içində başa vurarlar,
İlləri şad-xürrəm keçər.+
12 Yox əgər qulaq asmasalar, qılınca tuş gələrlər,+
Cəhalət içində ölüb gedərlər.
13 Allahsızlar ürəyində kin saxlayar.
Allah onları buxovlayanda imdad diləməzlər.
15 Məzlumu isə Allah dardan qurtarır,
Zülm-zillət çəkəndə qulağını iti edir*.
16 Səni bədbəxtliyin pəncəsinə vermir,+
Hüdudsuz genişliyə çıxarır,+
Səni ovundurur, önündə dolu süfrə açır.+
17 Hökm veriləndə, ədalət bərqərar olanda,
Şər adamlara çıxarılan hökmü görəndə rahatlıq tapacaqsan.+
18 Amma bax, qəzəb səni bədxahlığa sürükləməsin,+
Böyük rüşvət səni yoldan çıxarmasın.
19 Çarpışmağın, fəryadların
Səni dərd-qubardan qoruyarmı?+
20 İnsanın öz yerindən yox olduğu zamanı,
Gecəni arzulama.
21 Özünü gözlə, şərə meyil salmayasan,
Bunu əzabdan üstün tutmayasan.+
22 Bax! Allah qüdrətilə ucadır,
Onun kimi nəsihətçi varmı?
25 Bəşər bu işləri gözü ilə görür,
Fani insan bunları uzaqdan seyr edir.
27 O, su damlalarını yuxarı qaldırır,+
Onlar Onun dumanından yağışa çevrilirlər.
28 Sonra buludlar yağışı yerə tökür,+
Onlar bəşər üzərinə gur-gur yağır.
29 Buludların necə yayıldığını,
Onun çadırından çaxan ildırımı kim dərk edə bilər?+
30 Bax, şimşəyini onun üzərinə yayıb,+
Dənizin dibini örtüb.
32 Şimşəyi ovcunda gizlədir,
Hədəfinə doğru atır.+
33 İldırım Onun carçısıdır,
Hətta heyvanlar kimin* gəldiyini xəbər verir.