Mikə
7 Vay mənim halıma!
Mən o adama bənzəyirəm ki,
Yay meyvələri və üzüm yığımından sonra
Nə bir salxım üzüm,
Nə könlü istəyən bir əncir tapır!
2 Dünyada sadiq adam qalmayıb,
İnsanlar arasında əməlisaleh adam qalmayıb.+
Hamısı qan tökmək üçün pusquda durur,+
Qardaş qardaşı tora salır.
3 Əlləri pis işlərdə mahirdir,+
Başçı bəxşiş tələb edir,
Hakim rüşvət istəyir,+
Nüfuzlu adam istəklərini bəlli edir,+
Onlar əlbir olub iş qururlar.
4 Onların ən yaxşısı tikan kimidir,
Ən salehi tikanlı çəpərdən də betərdir.
Keşikçilərinin dediyi gün, hesabat verəcəyin gün mütləq gələcək.+
O vaxt təşvişə düşəcəksən.+
5 Yoldaşına inanma!
Sirdaşına etibar etmə!+
Qoynunda yatana hər şeyi açıb danışma!
6 Oğul atasına həqarət edir.
İnsanın düşməni öz evindəkilərdir.+
Allahım məni eşidəcək.+
8 Ey düşmənim, halıma sevinmə!
Hərçənd yıxılmışam, qalxacağam,
Hərçənd zülmətdə yaşayıram, Yehova mənim nurum olacaq!
9 Yehova işimə baxıb ədalətli hökm verənədək
Onun qəzəbinə tab gətirəcəyəm,
Axı Ona qarşı günah etmişəm.+
O, məni işığa çıxaracaq,
Ədalətini görəcəyəm.
Düşmənimin bədbəxtliyini gözümlə görəcəyəm,
Onu küçədəki palçıq kimi tapdalayacaqlar.
11 Bir gün daş divarların hörüləcək;
O gün sərhəd genişlənəcək*.
12 O gün Aşşurdan və Misir şəhərlərindən,
Misirlə çay* arasındakı,
Dənizlər arasındakı,
Dağlar arasındakı ölkələrdən sənin yanına gələcəklər.+
13 Ölkə öz sakinləri ucbatından,
Onların əməlləri ucbatından xaraba qalacaq.
Qoy onlar keçmişdə olduğu kimi, Başanda və Giladda otlasınlar.+
15 «Misir diyarından çıxdığınız günlərdəki kimi,
Sizə möcüzələr göstərəcəyəm.+
16 Xalqlar nə qədər qüdrətli olsalar da, bunu görüb xəcil olacaqlar.+
Əlləri ilə ağızlarını örtəcəklər,
Qulaqları kar olacaq.
17 Onlar ilan kimi torpaq yalayacaq,+
Sürünənlər kimi əsə-əsə qalalarından çıxacaqlar.
Onlar Yehova Allahdan qorxacaqlar,
Əsə-əsə hüzuruna gələcəklər».+
19 Sən yenə bizə rəhm edəcəksən,+ təqsirlərimizə qalib gələcəksən*.
Bütün günahlarımızı dənizin dibinə atacaqsan.+