Filippililərə məktub
1 Məsih İsanın qulları Bulus və Timutidən Məsih İsa ilə vəhdətdə olan Filippidəki+ bütün müqəddəslərə, nəzarətçilərə və yığıncaq xidmətçilərinə+ məktub.
2 Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun.
3 Hər dəfə sizi xatırlayanda Allahıma şükür edirəm 4 və hamınız üçün yalvarıb sevinclə dua edirəm.+ 5 Axı siz ilk gündən başlayaraq müjdənin yayılmasına öz töhfənizi verirsiniz. 6 Mən əminəm ki, aranızda yaxşı işi başlayan Allah onu Məsih İsanın gününədək+ başa çatdıracaq.+ 7 Sizin barənizdə belə fikirləşməyə tam əsasım var, çünki siz həmişə ürəyimdəsiniz. Siz həm həbsdə olduğum müddətdə,+ həm də müjdənin müdafiəsində və qanuni tanınmasında+ mənimlə birgə Allahın lütfünə şərik olmusunuz.
8 Hamınızdan ötrü necə darıxdığıma bir Allah şahiddir, Məsih İsa sizi necə sevirsə, mən də sizi elə sevirəm. 9 Daima dua edirəm ki, dəqiq bilik+ və tam dərrakə+ ilə birlikdə məhəbbətiniz də artdıqca artsın,+ 10 həmçinin daha vacib şeyləri ayırd etməyi bacarasınız+ və beləcə, qüsursuz olasınız, Məsihin gününədək iman yolunda heç kəsi büdrətməyəsiniz.+ 11 Bunu da diləyirəm ki, Allahın şərəfi və mədhi üçün İsa Məsih vasitəsilə+ bolluca saleh işlər görəsiniz.
12 Qardaşlar, istəyirəm biləsiniz ki, başıma gələnlər müjdənin yayılmasına xidmət etmişdir. 13 Belə ki, Məsih uğrunda həbs olunduğum+ hamıya, o cümlədən İmperator qvardiyasına da məlum olub.+ 14 Həmçinin qandallarım Ağanın xidmətində duran qardaşların çoxunu ürəkləndirib, indi onlar Allahın sözünü cəsarətlə, qorxmadan təbliğ edirlər.
15 Düzdür, bəziləri Məsihi paxıllıqdan, rəqabətdən irəli gələrək, digərləri isə saf niyyətlə təbliğ edirlər. 16 Niyyəti saf olanlar Məsihi məhəbbətdən irəli gələrək müjdələyir, çünki bilirlər ki, mən müjdənin müdafiəsi üçün təyin edilmişəm.+ 17 O birilərinin isə niyyəti təmiz deyil, onlar Məsihi hikkələrindən təbliğ edirlər, bu qandallı halımda mənə zülm etmək istəyirlər. 18 Nə olsun? İstər riyakarlıqla, istərsə də saf niyyətlə olsun, elə də, belə də Məsih haqqında təbliğ edilir və bu, məni sevindirir. Mən bundan sonra da sevinəcəyəm. 19 Bilirəm ki, bu, sizin yalvarışlarınız+ və İsa Məsihin verdiyi müqəddəs ruhun köməyi ilə məni xilasa çatdıracaq.+ 20 Mən buna əminəm və ümidvaram ki, heç nəyə görə xəcalət çəkməyəcəyəm. Əksinə, alnıaçıqlıqla danışmağım sayəsində Məsih həmişə olduğu kimi, indi də, istər sağlığımda, istər mən öləndən sonra mənim* vasitəmlə ucalacaq.+
21 Mənim üçün yaşamaq Məsihin ardınca getmək deməkdir,+ ölmək isə qazancdır.+ 22 Əgər bir az da bədəndə yaşamalı olsam, bu*, işimin bəhrəsi olacaq. Hərçənd nəyə üstünlük verdiyimi açıqlamayacağam. 23 Bu iki şey arasında qalmışam. Azad olub Məsihlə bir yerdə olmaq,+ əlbəttə ki, daha yaxşıdır.+ Mən də elə bunu arzulayıram. 24 Ancaq sizə görə bədəndə yaşamağım daha vacibdir. 25 Buna əmin olduğumdan bilirəm ki, qalacağam, irəliləyişiniz üçün və imanınızdan doğan sevinci dadmaq üçün sizinlə olacağam ki, 26 mən təkrarən yanınıza gələndə Məsih İsa ilə bağlı sevinciniz mənə görə daha da artsın.
27 Bircə bunu istəyirəm ki, Məsih haqqındakı müjdəyə layiq yaşayasınız.+ Gəlib sizi görsəm də, yanınızda olmasam da sizin haqqınızda ancaq bunu eşidim ki, bir fikirdə, yekdillik içində+ mətanətlə duraraq müjdəyə gətirdiyiniz iman uğrunda çiyin-çiyinə mübarizə aparırsınız, 28 əleyhdarlarınızdan əsla qorxmursunuz. Bu, onların məhvə uğrayacağına,+ sizin isə xilas olacağınıza sübutdur.+ Bu da ki Allahdandır. 29 Çünki sizə Məsihə iman gətirmək şərəfi ilə yanaşı, onun uğrunda əziyyət çəkmək şərəfi də nəsib olub.+ 30 Siz mənim apardığım mübarizəni görmüsünüz və bu mübarizənin indi də davam etdiyini eşidirsiniz. Özünüz də hal-hazırda eyni mübarizəni aparırsınız.+