Əşiya
40 Allahınız deyir: «Təsəlli verin xalqıma, təsəlli verin.+
2 Yerusəlimin qəlbini ovundurun,
Ona bəyan edin ki, icbari xidməti başa çatıb,
Təqsirinin haqqı ödənilib.+
Bütün günahlarının cəzasını Yehovadan bütövlüklə alıb».+
3 Çöllükdə kimsə qışqırır:
«Yehova üçün yolu təmizləyin!+
Allahımız üçün səhrada hamar yol+ düzəldin.+
4 Qoy bütün dərələr yüksəlsin,
Bütün dağlar, təpələr alçalsın.
Əyri-üyrü torpaq hamar olacaq,
Kələ-kötür yerlər düzəngaha dönəcək.+
6 Dinləyin! Biri deyir: «Qışqır!»
O biri soruşur: «Nə qışqırım?»
«Bütün bəşər yaşıl ot kimidir.
Xeyirxahlığı çöl çiçəyinə bənzər.+
İnsan da ki yaşıl otdan fərqlənmir.
9 Ey Siona müjdə gətirən qadın,+
Uca dağa qalx.
Ey Yerusəlimə müjdə gətirən qadın,
Səsini ucalt, qorxma, səsini ucalt!
Yəhuda şəhərlərinə elan et: «Budur Allahınız!»+
Budur, Onun verəcəyi mükafat yanındadır,
Ödəyəcəyi muzd önündədir.+
11 Çoban kimi sürüsünə baxacaq,+
Əli ilə quzularını bir yerə toplayacaq,
Onları qoynunda aparacaq,
Yanıbalalıları nəvazişlə sürəcək.+
12 Kim suyu ovcu ilə ölçüb,+
Kim göyləri qarışı ilə ölçüb?
Kim yerin torpağını ölçü qabına yığıb,+
Kim dağları, təpələri tərəzidə çəkib?
13 Kim Yehovanın ruhunu ölçüb*?
Kim Ona məsləhət verə bilər?+
14 O nəyi isə anlamaq üçün kimdən kömək istəyib?
15 Xalqlar çəlləkdən daman bir damla su kimidir,
Tərəzinin gözündəki toz sayılır.+
Budur, O, adaları toz kimi havaya qaldırır.
16 Hətta Livanın bütün ağacları odu qorumağa çatmaz,
Oranın heyvanları yandırma qurbanı üçün bəs eləməz.
18 Bəs onda siz Allahı kimə oxşadardınız?+
Onu nəyə bənzədərdiniz?+
20 Təqdimə üçün çürüməyən bir ağac seçir,+
Yerində möhkəm duran büt düzəltdirmək üçün
Mahir usta axtarır.+
21 Məgər xəbərin yoxdur?
Məgər eşitməmisən?
Məgər başlanğıcdan sənə deyilməyib?
Yerin təməli qoyulandan bəri dərk etməmisən?+
O, göyləri zərif parça kimi sərir,
Onları yaşayış çadırıtək açır.+
23 O, mənsəb sahiblərini alçaldır,
Yerin hakimlərini puç edir.
24 Onlar əkilər-əkilməz,
Səpilər-səpilməz,
Gövdələri kök atar-atmaz,
Üfürən kimi quruyurlar,
Külək onları saman kimi sovurur.+
25 O müqəddəs Olan belə deyir: «Məni kimə bənzədərsiniz ki, Məni ona tay tutasınız?
Göylərin ordusunu sayı ilə Çıxaran!
O, onların hər birini adı ilə çağırır.+
Onun hədsiz qüvvəsi, möhtəşəm gücü sayəsində+
Bircəciyi də əskilmir.
27 Ey Yaqub, ey İsrail, nə üçün deyirsən:
“Yehova nələr çəkdiyimi görmür,
Allah məndən ədaləti əsirgəyir?”+
28 Məgər xəbərin yoxdur?
Məgər eşitməmisən?
Yerin hüdudlarını yaradan Yehova əbədiyyən Allahdır.+
O, əsla yorulmur, taqətdən düşmür.+
Onun zəkası ağlasığmazdır.+