Saylar
2 Yehova Musa ilə Haruna dedi: 2 «İsraillilərdən hər kəs alaçığını öz üçqəbiləli bölümündə,+ nəslinin bayrağının yanında qursun. Alaçıqlar Hüzur çadırının ətrafında, üzü çadıra tərəf qurulmalıdır.
3 Üç qəbilə bölüklər halında şərqdə, gündoğan tərəfdə düşərgə salsın. Onların içində Yəhudanın düşərgəsi baş düşərgə olacaq. Yəhuda oğullarının başçısı Əminədab oğlu Nəhsundur+. 4 Onun ordusunda siyahıya alınanların sayı 74 600 nəfərdir.+ 5 Onun yanında Yəsakir qəbiləsi düşərgə salsın. Yəsakir oğullarının başçısı Suar oğlu Nəsnaildir+. 6 Onun ordusunda siyahıya alınanların sayı 54 400 nəfərdir.+ 7 Yəhuda qəbiləsinin o biri tərəfində Zəbulun qəbiləsi düşərgə salsın. Zəbulun oğullarının başçısı Hilun oğlu Əlyabdır+. 8 Onun ordusunda siyahıya alınanların sayı 57 400 nəfərdir.+
9 Yəhuda düşərgəsinin ordularında siyahıya alınanların ümumi sayı 186 400 nəfərdir. Köçmək vaxtı gələndə birinci onlar düşərgələrini yığmalıdırlar.+
10 Üç qəbilə bölüklər halında cənubda düşərgə salsın. Onların içində Rubənin+ düşərgəsi baş düşərgə olacaq. Rubən oğullarının başçısı Şəduir oğlu Əlisurdur+. 11 Onun ordusunda siyahıya alınanların sayı 46 500 nəfərdir.+ 12 Onun yanında Şəmun qəbiləsi düşərgə salsın. Şəmun oğullarının başçısı Surişədday oğlu Şəlumuildir+. 13 Onun ordusunda siyahıya alınanların sayı 59 300 nəfərdir.+ 14 Rubən qəbiləsinin o biri tərəfində Cad qəbiləsi düşərgə salsın. Cad oğullarının başçısı Ruil oğlu Əlyasəfdir+. 15 Onun ordusunda siyahıya alınanların sayı 45 650 nəfərdir.+
16 Rubən düşərgəsinin ordularında siyahıya alınanların ümumi sayı 151 450 nəfərdir. Köçmək vaxtı gələndə ikinci onlar düşərgələrini yığmalıdırlar.+
17 Hüzur çadırı daşınanda+ lavililərin düşərgəsi düşərgələrin ortasında olmalıdır.
Düşərgə hansı qaydada salınıbsa, yol gedəndə də eyni qayda gözlənilməlidir,+ hərə öz yerində, öz üçqəbiləli bölümündə getməlidir.
18 Üç qəbilə bölüklər halında qərbdə düşərgə salsın. Onların içində Əfraimin düşərgəsi baş düşərgə olacaq. Əfraim oğullarının başçısı Amihud oğlu Əlşamadır+. 19 Onun ordusunda siyahıya alınanların sayı 40 500 nəfərdir.+ 20 Onun yanında Mənəssə qəbiləsi düşərgə salsın.+ Mənəssə oğullarının başçısı Fədhəsur oğlu Qəmlaildir+. 21 Onun ordusunda siyahıya alınanların sayı 32 200 nəfərdir.+ 22 Əfraim qəbiləsinin o biri tərəfində Binyamin qəbiləsi düşərgə salsın. Binyamin oğullarının başçısı Gidoni oğlu Abidandır+. 23 Onun ordusunda siyahıya alınanların sayı 35 400 nəfərdir.+
24 Əfraim düşərgəsinin ordularında siyahıya alınanların ümumi sayı 108 100 nəfərdir. Köçmək vaxtı gələndə üçüncü onlar düşərgələrini yığmalıdırlar.+
25 Üç qəbilə bölüklər halında şimalda düşərgə salsın. Onların içində Danın düşərgəsi baş düşərgə olacaq. Dan oğullarının başçısı Amişədday oğlu Əxyəzərdir+. 26 Onun ordusunda siyahıya alınanların sayı 62 700 nəfərdir.+ 27 Onun yanında Aşir qəbiləsi düşərgə salsın. Aşir oğullarının başçısı Öhrən oğlu Fəqaildir+. 28 Onun ordusunda siyahıya alınanların sayı 41 500 nəfərdir.+ 29 Dan qəbiləsinin o biri tərəfində Niftalı qəbiləsi düşərgə salsın. Niftalı oğullarının başçısı Ehnan oğlu Əxiradır+. 30 Onun ordusunda siyahıya alınanların sayı 53 400 nəfərdir.+
31 Dan düşərgəsinin ordularında siyahıya alınanların ümumi sayı 157 600 nəfərdir. Köçmək vaxtı gələndə onlar İsrailin üçqəbiləli bölümləri arasında axırıncı yığışmalıdırlar».+
32 Bunlar nəsillərinə görə siyahıya alınan israillilər idi. Düşərgələrdə ordu üçün siyahıya alınanların ümumi sayı 603 550 nəfər idi.+ 33 Lavililər isə Yehovanın Musaya əmr etdiyi kimi, digər israillilərlə birlikdə siyahıya alınmadılar.+ 34 İsraillilər Yehovanın Musaya əmr etdiyi hər şeyə əməl etdilər. Ailələrinə, nəsillərinə görə üçqəbiləli bölümlərdə+ bu cür düşərgə salır və bu nizamla da yola düşürdülər.+