Amus
6 Siondakı arxayın kəslərin,
Səməriyyə dağına güvənənlərin vay halına!+
İsrail evinin üz tutduğu,
Xalqların başı olan xalqın adlı-sanlı adamlarının vay halına!
2 Qəlnəyə gedib baxın,
Oradan Böyük Həməsə+ keçin,
Sonra filiştlilərin Cat şəhərinə enin.
Məgər onlar bu iki padşahlıqdan* daha yaxşıdır?
Yoxsa onların torpaqları sizin torpaqlardan genişdir?
4 Onlar sürüdən toğluları, bəslənmiş danaları götürüb yeyir,+
Şirmayı taxtlarda uzanır,+ divanlarda yayxanırlar.+
5 Çəng avazı altında nəğmələr qoşur,+
Davud kimi, musiqi alətləri icad edirlər.+
6 Şərabı piyaləyə ləbələb süzüb içirlər,+
Özlərinə ən yaxşı yağlarla sığal verirlər,
Amma Yusifin fəlakətinə biganə qalırlar.+
7 Buna görə sürgünə başda onlar gedəcək,+
Kef çəkənlərin şənliklərinə son qoyulacaq.
8 Ordular Allahı Yehova bəyan edir: “Külli-İxtiyar Yehova Öz varlığına and içdi.+
Yaqubun təkəbbüründən zəhləm gedir,+
Onun qalalarına nifrət edirəm.+
Şəhəri və şəhərdəki hər şeyi düşmənə təslim edəcəyəm.+
9 Bir evdə on kişi qalarsa, onlar da öləcək. 10 Əmiləri onları çıxarıb yandıracaq, sümüklərini evdən bir-bir çıxaracaq. Sonra o, evin iç otaqlarında olan birisindən soruşacaq: “Yanında kimsə var?” O da cavab verəcək: “Yox”. Onda o deyəcək: “Sus! Artıq Yehovanın adını çəkmək gecdir”.
12 Heç at qaya üzərində çapar?
Kim orada öküzlə şum şumlayar?
Siz ədaləti zəhərli bitkiyə,
Salehlik bəhrəsini yovşana döndərmisiniz.+
13 Siz mənasız şeylərə sevinirsiniz,
Deyirsiniz: “Məgər bu qüdrətə qolumuzun gücüylə yetişmədik?”+