Zəbur
104 Yehovaya alqış et, ey varlığım!+
Ey Yehova, ey Allahım, Sən necə də böyüksən!+
Əzəmətə, calala bürünmüsən,+
2 Nuru libas kimi geyinmisən,+
Göyləri çadır kimi gərmisən,+
3 Üst hücrələrini yuxarıdakı suların üzərində qoymusan,+
Buludları özünə araba etmisən.+
Küləyin qanadları üstündə gəzən Sənsən.+
6 Əngin suları libas kimi ona geyindirmisən.+
Sular dağları örtmüşdü.
Dağlar qalxdı,+ dərələr çökdü.
9 Sulara sərhəd qoydun ki, onu aşmasınlar,+
Bir də dünyanı örtməsinlər.
10 Dərələrdə su çıxarırsan,
Dağların arasından axır.
11 Bütün çöl heyvanları bu sulardan içir,
Orada vəhşi eşşəklər yanğısını söndürür,
12 Başında quşlar yuva qurur,
Gur yarpaqlar arasından cəh-cəhləri eşidilir.
14 Mal-heyvan üçün yaşıl ot bitirirsən.
İnsan üçün bitkilər bitirirsən ki,+
İşləyib torpaqdan azuqə yığsın,
15 Ürəyini şənləndirən şərab,+
Üzünə sığal verən zeytun yağı,
Canını qüvvətləndirən çörək yetirirsən.+
16 Yehovanın ağacları,
Əkdiyi Livan sidrləri doyunca su içir,
17 Quşlar onlarda yuva qurur.
Yalçın qayalar qayadovşanına sığınacaqdır.+
19 Vaxtları bəlli etmək üçün ayı yaratdı,
Günəş də qürub edəcəyi vaxtı bilir.+
20 Meşədəki bütün heyvanlar gəzişdiyi vaxtda
Qaranlığı endirirsən, gecə olur.+
22 Dan yeri söküləndə
Qeyb olurlar, yuvalarına çəkilib yatırlar.
23 İnsan iş başına gedir,
Axşamadək çalışır.
24 Ey Yehova, gördüyün işlər necə də çoxdur!+
Hər birini hikmətlə görmüsən.+
Yer üzü xilqətinlə doludur:
25 Bax, dəniz — nə böyük, nə əngin!
Orada saysız canlılar, xırda, iri məxluqlar qaynaşır.+
26 Üzərində gəmilər üzür.
Livyatanı*+ da yaratmısan orada oynamaq üçün.
27 Bunların hamısı Səni gözləyir ki,
Ruzilərini vaxtlı-vaxtında verəsən.+
31 Yehovanın əzəməti əbədi var olacaq!
Yehova işlərindən həzz alacaq.+
32 O, yerə baxanda yer titrəyir,
Dağlara toxunanda oradan tüstü qalxır.+
33 Ömrüm boyu Yehovanın şəninə nəğmə deyərəm,+
Nə qədər ki varam, Allahımı nəğmələrdə tərənnüm edərəm.+
34 Qoy düşüncələrim Ona xoş olsun*.
Mən Yehovada sevinc taparam.
35 Günahkarların kökü yer üzündən kəsiləcək,
Şər adamlar bir daha olmayacaq.+
Ey varlığım, Yehovaya alqış et! Yaha alqış edin!