Zəbur
Dirijora. Qarun oğullarının məzmuru.+ Alamut* üslubunda.
2 Dünya alt-üst olsa da,
Dağlar sarsılıb dənizin dibinə düşsə də, biz qorxmarıq.+
3 Dənizin suları coşub köpüklənsə də,+
Kükrəyişindən dağlar titrəsə də, qorxmarıq. (Selah)
6 Xalqlar coşar, səltənətlər sarsılar,
Onun səsi guruldadı, yer üzü əridi.+
7 Ordular Allahı Yehova bizimlədir!+
Yaqubun Allahı qalamızdır! (Selah)
8 Gəlin, Yehovanın gördüyü işlərə baxın,
Görün yer üzündə necə heyrətli şeylər edib.
9 Yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir,+
Kamanı qırır, nizəni sındırır,
Cəng arabalarını* oda atır.
10 «Təslim olun, ey insanlar, bilin ki, Allah Mənəm.
11 Ordular Allahı Yehova bizimlədir!+
Yaqubun Allahı qalamızdır!+ (Selah)