Əşiya
35 Səhra və quraq torpaq sevinəcək,+
Düzlər şadlanacaq, zəfərantək çiçəklənəcək,+
2 Gül-çiçək açacaq,+
Şadlanıb cuşa gələcək.
İnsanlar Yehovanın əzəmətini, Allahımızın calalını görəcəklər.
3 Süstləşmiş qolları qüvvətləndirin,
Titrəyən dizlərə təpər verin.+
4 Ürəyi təlaş keçirənlərə deyin:
«Möhkəm olun, qorxmayın!
Allahınız qisas almağa gələcək,
İntiqam almağa gələcək.+
Gəlib sizə nicat verəcək».+
Səhrada bulaqlar qaynayacaq,
Düzlərdə çaylar axacaq.
7 Qarsımış torpaq qamışlı gölə,
Susuz torpaq bulaqlar diyarına dönəcək.+
Çaqqalların yuvası,+ dinclik yerləri çayır-çəmən olacaq,
Qarğı, qamış bitirəcək.
Bu yolla murdar adam yeriməyəcək.+
Bu yol onu seçənlərin yolu olacaq,
Axmaq təsadüfən bu yola çıxmayacaq.
Yalnız fidyə ilə qurtulmuşlar bu yolla gedəcək.+
10 Yehovanın qurtuluş verdikləri qayıdacaq,+ sevinc sədalarıyla Siona gələcək.+
Sonsuz fərəh başlarının tacı olacaq.+
Onların nəsibi şadlıq və sevinc olacaq,
Qəm-qüssə qaçıb gedəcək.+