Yaradılış
42 Yaqub xəbər tutdu ki, Misirdə taxıl var.+ O, oğlanlarına dedi: «Niyə durub bir-birinizə baxırsınız? 2 Eşitmişəm, Misirdə taxıl var. Gedin oradan bir az taxıl alın gətirin, yoxsa acından qırılacağıq».+ 3 Beləliklə, Yusifin on qardaşı+ taxıl almaq üçün Misirə yollandı. 4 Yaqub Yusifin qardaşı Binyamini+ onlarla göndərmədi, qorxdu ki, birdən onun başına bir iş gələr.+
5 Bütün Kənan torpağında aclıq olduğundan İsrailin oğulları camaata qoşulub Misirə taxıl almağa gəldilər.+ 6 Yusif ölkədə ən nüfuzlu adam idi,+ bütün ölkələrdən gələn adamlara taxılı o satırdı.+ Qardaşları onun yanına gəldilər və yerə qədər əyilib təzim etdilər.+ 7 Yusif qardaşlarını görən kimi tanıdı, amma özünü onlara tanıtmadı.+ Sərt üz göstərib onlardan soruşdu: «Haradan gəlmisiniz?» Onlar: «Kənan torpağından gəlmişik, taxıl almaq istəyirik», — deyə cavab verdilər.+
8 Beləliklə, Yusif qardaşlarını tanıdı, onlarsa onu tanımadılar. 9 O an Yusifin yadına onlarla bağlı gördüyü yuxular düşdü.+ O dedi: «Siz casussunuz! Gəlmisiniz ki, ölkənin zəif yerlərini öyrənəsiniz». 10 «Xeyr, ağa, qulların taxıl almağa gəlib, — deyə onlar cavab verdilər. — 11 Biz hamımız bir atanın övladlarıyıq. Qulların düz adamlardır, casus deyillər». 12 Yusifsə: «Yox! Siz ölkənin zəif yerlərini öyrənməyə gəlmisiniz!» — dedi. 13 Onlar cavab verib dedilər: «Sənin qulların on iki qardaşdır.+ Biz Kənanda yaşayan bir nəfərin oğullarıyıq.+ Ən kiçiyimiz atamızın yanındadır.+ Bir qardaşımızsa artıq həyatda yoxdur».+
14 Yusif onlara dedi: «Yox! Elə mən deyəndir. Siz casussunuz! 15 Sizi yoxlayıb həqiqəti üzə çıxaracağam. Fironun canına and olsun, nə qədər ki kiçik qardaşınız bura gəlməyib, sizi buraxan deyiləm.+ 16 Biriniz gedib qardaşınızı gətirsin, qalanlarınızsa tutulacaq. Beləcə, görərik düzünü deyirsiniz, ya yox. Sözləriniz yalan çıxsa, demək, siz casussunuz». 17 Bunu deyib onların hamısını tutdurdu və üç gün həbsdə saxladı.
18 Bu hadisənin üçüncü günü Yusif onlara dedi: «Dediyimi etsəniz, canınızı sizə bağışlayacağam, mən Allahdan qorxan adamam. 19 Əgər siz düz adamsınızsa, qoy qardaşlarınızdan biri burada həbsdə qalsın, qalanlarınızsa taxılı aparıb getsin ki, evinizdəkilər ac qalmasın.+ 20 Kiçik qardaşınızı gətirsəniz, biləcəyəm ki, düz deyirsiniz. Onda ölməyəcəksiniz». Onlar razılaşdılar.
21 Sonra öz aralarında danışıb dedilər: «Bu, qardaşımızın ahıdır bizi tutub.+ Axı yalvarıb bizdən rəhm diləyəndə onun necə iztirab çəkdiyini görürdük, amma ona qulaq asmadıq. İndi ona görə başımıza bu bəla gəlir». 22 Onda Rubən onlara dedi: «Axı mən sizə dedim, uşağa qarşı günah eləməyin. Qulaq asmadınız.+ İndi bizdən onun qanı alınır».+ 23 Qardaşlar daha bilmirdilər ki, Yusif onları başa düşür. Çünki Yusiflə dilmanc vasitəsilə danışırdılar. 24 Yusif onlardan aralanıb ağladı.+ Sonra yanlarına qayıdıb onlarla bir də danışdı və Şəmunu onlardan ayırıb gözləri qarşısında əl-qolunu bağladı.+ 25 Bundan sonra Yusif əmr verdi ki, onların çuvallarını taxılla doldursunlar, hər birinin pulunu kisəsinə qoysunlar və yol üçün onlara azuqə versinlər. Əmr icra olundu.
26 Qardaşlar çuvalları ulaqlara yükləyib yola düşdülər. 27 Onlardan biri gecələdikləri yerdə kisəsini açıb eşşəyinə yem vermək istəyəndə gördü ki, pulu kisədədir. 28 O, qardaşlarına dedi: «Pulumu özümə qaytarıblar, budur, kisədədir!» Onda onların ürəyi qopdu, qorxudan əsməyə başladılar. Bir-birinə baxıb dedilər: «Bu nə işdir Allah başımıza gətirdi?»
29 Onlar gəlib Kənana, ataları Yaqubun yanına çatdılar və başlarına gələni ona nəql etdilər: 30 «O ölkənin başçısı bizi casus sanıb bizimlə sərt danışdı.+ 31 Bizsə dedik ki, biz casus deyilik, düz adamlarıq.+ 32 Bir atanın övladlarıyıq, on iki qardaşıq.+ Bir qardaşımız artıq həyatda yoxdur,+ ən kiçiyimiz isə Kənanda atamızın yanındadır.+ 33 Amma o ölkənin başçısı dedi: “Onda qoy qardaşlarınızdan biri mənim yanımda qalsın.+ Siz isə taxıl aparıb gedin ki, evinizdəkilər ac qalmasın.+ 34 Kiçik qardaşınızı gətirib gəlsəniz, biləcəyəm ki, düz adamsınız, casus deyilsiniz. Onda qardaşınızı sizə qaytararam. Özünüz də bu ölkədə alış-verişinizi edərsiniz”».
35 Onlar kisələrini boşaldanda hər biri orada öz pul kisəsini tapdı. Pul kisələrini görəndə onlar da, ataları da qorxuya düşdü. 36 Yaqub fəryad edib dedi: «Məni uşaqlarımdan etdiniz!+ Yusif yox,+ Şəmun yox,+ indi də Binyamini aparmaq istəyirsiniz. Bu nə bəladır mən düşmüşəm!» 37 Rubən atasına dedi: «Əgər onu qaytarıb gətirməsəm, iki oğlumu öz əlinlə qəbrə qoyarsan.+ Mən boyun oluram ki, onu sənə qaytaracağam».+ 38 Yaqub isə dedi: «Oğlum sizinlə heç yana getməyəcək. Onsuz da qardaşı ölüb, tək qalıb.+ Yolda başına bir iş gəlsə, bu ağarmış başımı kədər içində Məzara* göndərəcəksiniz».+