Mərsiyələr
א [Alef]
3 Onun qəzəb dəyənəyinin cəfasını çəkən bəndə mənəm.
2 O, məni didərgin salıb, məni işıqda yox, zülmətdə yeridir.+
3 Bütün günü əli mənə qarşıdır.+
ב [Bet]
4 Cismimi əritdi, dərimi çürütdü,
Sümüklərimi qırdı.
5 Məni mühasirəyə aldı, zəhərli otlarla,+ cəfa ilə dövrəyə aldı.
6 Çoxdan ölüb gedənlər kimi məni zülmətlərdə oturdub.
ג [Qimel]
7 Ətrafıma divar çəkib ki, qaça bilməyim.
Məni ağır mis qandallarla qandallayıb.+
8 Fəryad edib imdad diləyəndə dualarımı rədd edir.+
9 Yollarımı yonulmuş daşlarla kəsib.
Rizlərimi dolaşdırıb.+
ד [Dalet]
10 Pusquya yatan ayıtək, şirtək məni güdür.+
12 Yayını gərdi, məni oxuna hədəf seçdi.
ה [He]
13 Çəkib oxdanından ox atdı, böyrəyimə sapladı.
14 Xalqlar məni məzhəkəyə qoyur, bütün günü dillərində dolaşan nəğməyəm.
15 O, mənə zəqqətun yedirdi, məni yovşanla doyurdu.+
ו [Vav]
17 Sən dincliyimi əlimdən almısan. Yadımda yaxşı bir şey qalmayıb.
18 Dedim: «Cah-calalım solub, Yehovadan ümidim kəsilib».
ז [Zayn]
19 Çəkdiyim cəfanı, səfil halımı unutma,+ yovşan yediyimi, zəhər içdiyimi yaddan çıxarma.+
20 Bilirəm ki, məni yada salacaqsan, dadıma yetəcəksən.+
21 Bu, həmişə yaddaşımdadır, odur ki, səbir edib Səni gözləyəcəyəm.+
ח [Xet]
23 Hər səhər təzələnir.+ Onun vəfası sonsuzdur.+
24 Dedim: «Yehova nəsibimdir.+ Onu gözləyəcəyəm».+
ט [Tet]
25 Yehova Ona ümid bağlayana,+ Ona üz tutana qarşı xeyirxahdır.+
26 İnsan üçün yaxşısı budur ki, dinməz-söyləməz durub Yehovadan nicat gözləsin.+
27 Gənclik çağında boyunduruğunu daşımaq insanın xeyrinədir.+
י [Yud]
28 Əgər Allah bu yükü onun üstünə qoyubsa, qoy tək-tənha otursun, susub dinməsin.+
29 Qoy üzüqoylu torpağa düşsün.+ Onun üçün hələ ümid var.+
30 Onu vurana üzünü çevirsin. Təhqirlərə sonadək dözsün.
כ [Kaf]
31 Çünki Yehova bizi həmişəlik atmayacaq.+
32 Dərd versə də, böyük məhəbbətinə görə mərhəmət də göstərəcək.+
33 Çünki bəşər övladına cəfa vermək, dərd çəkdirmək Onun ürəyincə deyil.+
ל [Lamed]
34 Dünyadakı məhbusları ayaqlar altında əzmək,+
35 Haqq-Taalanın hüzurunda insanın haqqını tapdalamaq,+
36 Məhkəmədə kiməsə kələk gəlmək —
Belə şeylər Yehovaya ağır gedir.
מ [Mem]
37 Yehova buyurmasa, kim söz deyib sözünü gerçəkləşdirə bilər?
38 Haqq-Taalanın dilindən
Xeyirlə bərabər şər çıxmaz.
39 Günahının acısını çəkən insan niyə şikayətlənir?+
נ [Nun]
40 Gəlin yollarımızı yoxlayıb-araşdıraq,+ gəlin Yehovaya geri qayıdaq.+
41 Gəlin sidqi-ürəkdən Allaha üz tutaq, əlimizi göylərə açıb deyək:+
42 «Günah işlədik, asilik etdik.+ Sən bizi bağışlamadın.+
ס [Samex]
44 Buludlardan sədd çəkdin ki, dualarımız dərgahına yetişməsin.+
45 Xalqlar arasında bizi tör-töküntüyə, zibilə döndərmisən».
פ [Pe]
46 Bütün düşmənlərimiz üstümüzə ağzını açır.+
47 Bizə dəhşət, tələ, məhv, həlak nəsib oldu.+
48 Qırılan əziz xalqıma görə gözüm bulaq kimi çağlayır.+
ע [Ayn]
49 Göz yaşlarım durmadan axır, dayanmır,+
50 Yehova göylərdən aşağı baxanadək,+ halımızı görənədək göz yaşlarım dinməyəcək.
51 Şəhərimin qızlarının dərdini+ görən bu gözlərim canıma əzab verir.
צ [Tsade]
52 Yağılarım nahaqdan məni quştək ovladılar.
53 Həyatımı çuxurda sükuta qərq etdilər, məni daşqalaq etdilər.
54 Sular məni örtdü, dedim: «Axırım çatdı!»
ק [Kof]
55 Ey Yehova, çuxurun dibindən adını çağırdım.+
56 Eşit səsimi, Səndən imdad diləyirəm, qurtuluş istəyirəm, qulağını bağlama.
57 Səni çağırdığım gün mənə yaxınlaşdın, «qorxma» dedin.
ר [Reyş]
58 Sən haqqımı müdafiə etdin, ey Yehova, həyatımı qurtardın.+
59 Ey Yehova, mənə edilən haqsızlığı gördün. Nə olar, mənim üçün haqqı bərqərar et.+
60 Məndən aldıqları intiqamı, mənə qarşı qurduqları fitnə-fəsadı gördün.
ש [Sin] yaxud [Şin]
61 Ey Yehova, onların tənələrini, mənə qurduqları qəsdi,+
62 Əleyhdarlarımın sözlərini, gün boyu dalımca etdikləri pıçapıçları eşitdin.
63 Onlara nəzər sal, oturub-durub mahnı oxuyur, məni lağa qoyurlar.
ת [Tav]
64 Ey Yehova, onlara əməllərinin əvəzini verəcəksən.
65 Onları lənətləyib daşürəkli edəcəksən.
66 Ey Yehova, Sən onları qəzəblə təqib edib göylər altından yox edəcəksən.