Butrusun ikinci məktubu
2 İsrail xalqının arasında yalançı peyğəmbərlər olduğu kimi, sizin aranızda da yalançı müəllimlər peyda olacaq.+ Onlar xəlvətcə iman yıxan təriqətlər yaradacaq, onları satın almış+ sahibdən üz döndərəcək və beləcə, məhvlərini sürətləndirəcəklər. 2 Bundan başqa, bir çoxları onların azğınlığını*+ təqlid edəcək və belələrinə görə həqiqət yolu pislənəcək.+ 3 Onlar sizi saxta sözlərlə aldadıb tamahkarlıqla öz məqsədləri üçün istifadə edəcəklər. Onlar üçün çoxdan kəsilmiş hökm+ ləngimədən gəlir, həlakları yatmır.+
4 Allah günaha batmış mələklərə rəhm etməyib+ onları Tartara*+ ataraq hökmə qədər zülmət qaranlığın zəncirlərində* saxlayır;+ 5 qədimdə allahsızlar dünyasını cəzasız qoymayıb+ onu daşqında məhv edərkən salehlik carçısı olan Nuhu+ və onunla bərabər yeddi nəfəri xilas etdi;+ 6 Sədum və Əmurə şəhərlərinə hökm kəsib+ onları külə çevirərək allahsızlara başlarına gələcək şeyləri əyani şəkildə göstərdi,+ 7 qanun tanımayan adamların azğınlığına görə əzab çəkən saleh Lutu isə qurtardı,+ 8 axı bu saleh adam onların arasında günbəgün yaşayarkən törətdikləri qanunsuz əməlləri görüb-eşidirdi, onun saleh ürəyi ağrıyırdı. 9 Bəli, Yehova mömin bəndələri sınaqlardan necə qurtarmağı,+ nasalehləri isə, ələlxüsus başqalarının bədənini ləkələmək istəyənləri+ və başçıları saymayanları+ 10 məhv olacaqları hökm gününə qədər necə saxlamağı yaxşı bilir.+
Onlar dikbaşdır, özbaşınadırlar. Qorxub-çəkinmədən şərəf sahiblərini pisləyirlər, 11 halbuki qüvvətdə və qüdrətdə qat-qat üstün olan mələklər Yehovanın önündə* onları pisləyib mühakimə etmirlər.+ 12 Bu adamlar tutulub məhv olmaq üçün doğulmuş, şüursuz, sövqi-təbii hərəkət edən heyvanlara bənzəyirlər. Onlar başa düşmədikləri şeylər barəsində pis danışırlar.+ Tutduqları məhvedici yol onları məhv edəcək, 13 etdikləri pisliklərin haqqını alacaqlar.
Onlar hətta günün günorta çağı öz nəfslərini həzz ala-ala doyuzdururlar.+ Onlar aranızda ləkə və eyiblərdir, sizin ziyafətlərdə yeyib-içərkən öz yalan təlimlərindən ləzzət alırlar.+ 14 Onların gözü daima zina+ axtarır və günahdan doymur. Onlar səbatsızları yoldan çıxarırlar. Onların ürəyi tamahkarlıqda püxtələşib. Onlar məlun övladlardır. 15 Bu adamlar düz yoldan sapdılar; haqsızlıq muzdunu sevən+ Baur oğlu Bələmin+ yolunu tutdular. 16 O, cinayətinə görə tənbeh edildi.+ Dilsiz-ağızsız yük heyvanı insan səsi ilə danışıb onun ağılsız niyyətinə mane oldu.+
17 Bunlar qurumuş çeşmə, şiddətli küləklə qovulan dumandır. Onları zülmət qaranlıq gözləyir.+ 18 Onlar lovğa-lovğa boş sözlər danışır, azğın əməlləri ilə qaranlıq içində yaşayanların əlindən təzəlikcə qurtulanların nəfsini+ şirnikdirərək onları tələyə salırlar.+ 19 Özləri çürüklüyün qulu ola-ola onlara azadlıq vəd edirlər.+ Axı məğlub olan qalibin qulu olur.+ 20 Əgər Ağamız və Xilaskarımız İsa Məsihi tanımaqla bu dünyanın çirkindən azad olandan+ sonra onlar yenidən çirkaba qayıdıb məğlub olurlarsa, onda axırları əvvəllərindən daha betər olur.+ 21 Salehlik yolunu tanıyandan sonra onlara əmanət edilmiş müqəddəs əmrdən üz döndərməkdənsə, onu heç öyrənməsəydilər onlar üçün daha yaxşı olardı.+ 22 Belələri haqqında «köpək qusduğunun üstünə, çimizdirilmiş donuz palçıqda ağnamağa qayıdır» məsəli yerində deyilib.+