18 Tənhalığa qapılan xudbinliyinin dalınca düşür,
Hər cür hikməti rədd edir.
2 Axmaq dərrakəni sevməz,
Hey ürəyini açıb tökər.+
3 Şər adamla həqarət gələr,
Rəzalətlə biabırçılıq.+
4 İnsanın dilindən çıxan sözlər dərin sulardır.+
Hikmət çeşməsi qaynayan bulaqdır.
5 Bir pis adamın tərəfini tutmaq,+
Bir də ki salehin haqqını tapdalamaq yaxşı deyil.+
6 Axmağın ağzı qalmaqal yaradar,+
Dili kötək çağırar.+
7 Axmağı ağzı yıxar,+
Öz dili öz canına tələdir.
8 Böhtançının sözləri dadlı tikələrə bənzər,+
Düz mədənin dibinə düşər.+
9 İşində səhlənkar adam
Talançıya qardaşdır.+
10 Yehovanın adı möhkəm qaladır.+
Saleh ora qaçıb qorunar.+
11 Varlının dövləti onunçün istehkamlı şəhərdir,
Onun xəyalında qala divarıdır.+
12 Fəlakətdən əvvəl ürək qürrələnər,+
Amma sadəlik şərəf gətirər.+
13 Dinləmədən cavab vermək
Səfehlik və rəzillikdir.+
14 İnsan naxoşlayanda ruhu ona dayaq olar,+
Amma ruh üzgündürsə, buna kim dözər?+
15 Dərrakəli insanın ürəyi elm qazanar,+
Hikmətlinin qulağı bilik soraqlar.
16 Bəxşiş insana yol açar,+
Böyük adamların hüzuruna qapı açar.
17 Birinci iddia qaldıran haqlı görünər,+
Ta qarşı tərəf gəlib sorğu-sual edənədək.+
18 Püşk mübahisəyə son qoyar,+
İnadlı rəqiblərin işini yoluna qoyar.
19 İncik qardaşın könlünü almaq istehkamlı şəhəri almaqdan çətindir,+
Elə çəkişmələr var ki, qala qapısının rəzəsi kimidir.+
20 Dilin barı qarnı tox edər;+
İnsan dodaqlarının gətirdiyi bəhrəni yeyər.
21 Ölüm və həyat dilin əlindədir,+
Onu sevənlər bəhrəsini biçər.+
22 Yaxşı arvad tapan inci tapıb,+
Yehovanın lütfü onunladır.+
23 Kasıb yalvar-yaxarla danışar,
Amma varlının cavabı sərt olar.
24 Yoldaşlar var bir-birini didməyə hazırdır,+
Amma dost var, qardaşdan yaxındır.+