Əyyub
34 Sonra Əlihu dedi:
2 «Ey hikmətlilər, sözümü dinləyin,
Ey bilik sahibləri, mənə qulaq asın.
3 Dil yeməyin dadını bildiyi kimi,
Sözün də xiridarı qulaqdır.
4 Gəlin aramızda araşdıraq,
Nəyin doğru, nəyin yaxşı olduğuna qərar verək.
6 Layiq olduğum hökm barədə heç yalan danışarammı?
Təqsirim yoxdur, amma yaram sağalmazdır”.+
7 Əyyub kimisi varmı?
O, rişxəndləri su kimi qurtum-qurtum içir.
8 O, bədəməl adamlarla yoldaşlıq edir,
Başına şər adamlar toplaşıb.+
9 Çünki o deyir: “Allahı razı salmaq
İnsana xeyir gətirməz”.+
10 İndi mənə qulaq asın, ey aqillər!
11 O, insana əməllərinə görə,
Tutduğu yola görə əvəz verəcək.+
13 Kim dünyanı Ona əmanət edib?
Kim bütün dünyanı Onun ixtiyarına verib?
14 Əgər insanlara gözünü zilləyib,
Onların ruhunu, nəfəsini götürərsə,+
15 Hamısı məhv olar,
Bütün bəşər torpağa qayıdar.+
16 Dərrakəniz varsa, bunlara diqqət yetirin,
Sözümə diqqətlə qulaq asın.
17 Heç ədalət düşməni də ağalıq edər?
İxtiyar sahibi salehdirsə, onu mühakimə edərsiniz?
18 Padşaha: “Yaramazsan”,
Əsilzadəyə: “Şər adamsan”, — deyərsiniz?+
19 Allah başçılara üzgörənlik etmir,
Varlı ilə kasıb arasında fərq qoymur.+
Çünki hamısını Onun əlləri yaradıb.+
20 Onlar bir göz qırpımında,+ hətta gecə yarısı+ ölə bilərlər.
Onlar silkələnir və köçüb gedirlər.
Qüdrət sahibləri də insan əli dəymədən yerlərindən götürülürlər.+
21 Allah insanın yollarına baxır,+
Atdığı hər addımı görür.
23 Allah heç kimə vaxt təyin etmir ki,
Onun hüzuruna məhkəməyə gəlsin.
24 O, güclüləri sorğu-sualsız yıxır,
Onların yerinə başqasını qoyur.+
26 Şər əməllərinə görə onları
Hamının gözü qabağında vurur.+
27 Çünki Ondan döndülər, ardınca getmədilər,+
Yollarından heç birinə məhəl qoymadılar.+
28 Yoxsulu vadar edirlər ki, Ona fəryad etsin.
Məzlumun ah-naləsi Onun qulağına çatır.+
29 Allah sükut edəndə kim Onu ittiham edə bilər?
Üzünü xalqdan, ya insandan gizlədəndə kim Onu görə bilər?
31 Kim Allaha deyə bilər:
“Təqsirim olmaya-olmaya cəza çəkdim.+
32 Bəlkə, nəsə gözümdən yayınıb, Sən mənə öyrət.
Pis iş görmüşəmsə, bir də görmərəm”?
33 Sən Onun hökmünü rədd edirsənsə, necə sənə istədiyin mükafatı versin?
Özün qərar ver, mən yox.
Nə bilirsənsə, buyur, mənə danış.
34 Aqillər mənə deyəcək,
Məni dinləyən hər müdrik adam deyəcək:
35 “Əyyub avam-avam danışır,+
Sözlərində məna yoxdur”.
36 Şər adamlar kimi danışdığı üçün
Qoy Əyyub axıradək sınansın*.