Zəbur
ÜÇÜNCÜ BÖLMƏ
(73—89-cu məzmurlar)
Asəfin məzmuru.+
73 Doğrudan da, Allah İsrailə, ürəyitəmiz insana qarşı xeyirxahdır.+
2 Fəqət mənim ayaqlarım az qala sapmışdı,
Ayaqlarım az qalmışdı sürüşsün.+
3 Çünki pislərin xoş güzəranını gördüm,
Lovğalara həsəd apardım.+
6 Təkəbbür, sanki, onlar üçün boyunbağıdır,+
Zorakılıq libas kimi əyinlərini örtür.
7 Köklükdən gözləri dombalıb çıxır,
Ürəklərinin arzuları artıqlaması ilə gerçəkləşib.
9 Ağızlarını açıb danışanda göylə gedirlər,
Təkəbbürlü dilləri bütün dünyanı gəzir.
10 Beləcə, Onun xalqı onlara tərəf dönüb,
Onların su dolu camını içirlər.
11 «Allah haradan bilir?+
Haqq-Taalanın nə xəbəri var?» — deyirlər.
12 Bax, pis adamlar belədir, hər işləri avand olur.+
Elə hey var-dövlət toplayırlar.+
13 Deməli, əbəs yerə ürəyimi saf etmişəm,
Əllərimi günahsızlıq suyunda yumuşam.+
15 Amma əgər bu şeyləri dilimə gətirsəydim,
Onda Sənin xalqına xəyanət etmiş olardım.
Orada onların aqibəti mənə aydın oldu.
19 Bax, bir anda həyatları alt-üst olur.+
Onların axırı qəfil gəlir, aqibəti dəhşətli olur.
20 Necə ki yuxudan ayılanda röyalar unudular,
Sən də ayağa qalxanda onların surətini unudarsan, ey Yehova.
21 Qəlbim acı zəhərlə dolmuşdu,+
İçimdə* şiddətli ağrı hiss edirdim,
22 Ağılsız, nadan idim,
Sənin nəzərində qanmaz heyvan kimi idim.
25 Göylərdə başqa kimim var?
Yerdə də Səndən savayı heç nə gərəyim deyil.+
27 Həqiqətən də, Səndən uzaqlaşanlar yox olacaqlar,
Sənə xəyanət edənləri məhv edəcəksən.+
28 Mənimçünsə Allaha yaxınlaşmaq xoşdur.+
Külli-İxtiyar Yehovaya sığındım ki,
Onun bütün işlərini bəyan edim.+