91 Haqq-Taalanın pənahında yaşayan+
Qüdrət Sahibinin kölgəsində yuva tapar.+
2 Yehovaya deyərəm: «Pənahgahım, istehkamım,+
Allahım Sənsən, Sənə güvənirəm».+
3 O, səni ovçunun tələsindən,
Ölüm gətirən azardan qurtarar.
4 Pərlərini üstünə gərər,
Qanadları altına sığınarsan,+
Sədaqəti+ sənə qalxan,+ istehkam olar.
5 Nə gecənin vahiməsindən qorxarsan,+
Nə gündüz atılan oxdan,+
6 Nə zülmətdə dolaşan azar-bezardan,
Nə günorta çalıb-çapan qırğından.
7 Yan-yörəndə min adam,
Sağ tərəfində on min adam yerə sərilər,
Sənə isə xətər dəyməz.+
8 Bunu gözünlə görəcəksən,
Pislərin aldığı cəzanın şahidi olacaqsan.
9 Axı: «Yehovadır mənim pənahım», — demişdin,
Haqq-Taalanı özünə məskən etmişdin.+
10 Sənə bədbəxtlik üz verməz,+
Bəla çadırına yaxın gəlməz.
11 Addımlarını qorusunlar deyə,
Mələklərinə+ əmr edəcək,+
12 Ayağın daşa dəyməsin deyə,
Səni əlləri üstündə aparacaqlar.+
13 Gənc aslanı, kobranı tapdalayarsan,
Şiri, nəhəng ilanı ayağınla əzərsən.+
14 Allah deyir: «O ki Məni sevdi, onu qurtaracağam,+
Adımı tanıdığı üçün onu hifz edəcəyəm.+
15 Məni çağıracaq, ona hay verəcəyəm,+
Dar günündə yanında olacağam,+
Onu qurtaracağam, şərəfə yüksəldəcəyəm.
16 Ona uzun ömür bəxş edəcəyəm,+
Qurtuluşumu ona göstərəcəyəm».+