Zəbur
Məzmur. Şəhərə qalxarkən*.
123 Ey göylərdə taxt quran,
Gözümü Sənə dikmişəm.+
2 Nökər ağasının əlinə,
Qarabaş xanımının əlinə baxdığı kimi,
Biz də Allahımız Yehovaya baxırıq,+
Ondan lütf gözləyirik.+
3 Lütf göstər bizə, ey Yehova, lütf göstər,
Təhqirlərdən cana doymuşuq.+
4 Qayğısız yaşayanların rişxəndi,
Məğrurların həqarəti bizi cana doyurdu.