Korinflilərə birinci məktub
10 Qardaşlar, istəyirəm ki, agah olasınız. Əcdadlarımızın hamısı buludun altında idilər+ və hamısı dənizdən keçdi.+ 2 Onlar buludun altında dənizdən keçərək Musanın davamçıları kimi vəftiz olundular. 3 Hamısı eyni ruhani qidadan yedi+ 4 və eyni ruhani sudan içdi.+ Çünki əcdadlarımız onları müşayiət edən ruhani qayadan içirdilər. Bu qaya Məsihi təmsil edirdi.+ 5 Bununla belə, onların əksəriyyəti Allahın narazılığına tuş gəldi, onlar səhrada öldülər.+
6 Bütün bunlar bizə ibrət olmalıdır ki, biz də onlar kimi, zərərli şeyləri arzulamayaq.+ 7 Onlardan bəziləri kimi, bütpərəst olmayaq, necə ki yazılıb: «Onlar yeyib-içdilər və qalxıb şənlənməyə başladılar».+ 8 Həmçinin onlardan bəziləri kimi əxlaqsızlıq etməyək. Onlar əxlaqsızlıq etdilər və bir günün içində iyirmi üç min adam öldü.+ 9 Yehovanı sınamayaq.+ Onlardan bəziləri Onu sınağa çəkdi və ilanlar onları çalıb öldürdü.+ 10 Həm də deyingən olmayaq, axı onlar da deyinirdilər+ və axırda mələk onları məhv etdi.+ 11 Bütün bunlar ibrət kimi onların başına gəldi və bu dövrün sonunda yaşayan bizlər üçün xəbərdarlıq+ məqsədilə yazılıb.
12 Buna görə də möhkəm dayandığını düşünən adam ehtiyatlı olsun ki, yıxılmasın.+ 13 Üzləşdiyiniz sınaqlarda qeyri-adi bir şey yoxdur, hamı belə sınaqlarla üzləşir.+ Ancaq Allah vəfalı Allahdır, O qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız.+ Sınaq vaxtı dözə biləsiniz deyə, sizə çıxış yolu da göstərəcək.+
14 Əzizlərim, buna görə də bütpərəstlikdən qaçın.+ 15 Mən sizinlə dərrakəli adamlar kimi danışıram. İndi özünüz qərar verin. 16 Məgər barəsində şükür etdiyimiz şükran camı Məsihin qanını təmsil etmir?+ Yaxud böldüyümüz çörək Məsihin bədənini təmsil etmir?+ 17 Madam ki çörək birdir, biz də çox olsaq da, bir bədənik,+ çünki hamımız bir çörəkdən yeyirik.
18 İsrail xalqına fikir verin. Məgər qurbandan yeyən qurbangahla ortaq olmur?+ 19 Bununla nə demək istəyirəm? Demək istəyirəm ki, büt, yaxud bütə təqdim edilmiş qurbanın bir mənası var? 20 Yox, dediyim odur ki, başqa xalqlar qurbanları Allaha yox, cinlərə gətirirlər.+ Mən isə istəmirəm ki, siz cinlərlə ortaq olasınız.+ 21 Siz həm Yehovanın camından, həm də cinlərin camından içə bilməzsiniz. Siz həm «Yehovanın süfrəsindən»,+ həm də cinlərin süfrəsindən yeyə bilməzsiniz. 22 Yoxsa «Yehovanı acıqlandırmaq» istəyirik?+ Məgər biz Ondan güclüyük?
23 Hər şeyə izin var, ancaq hər şey insana fayda gətirmir. Hər şeyə izin var, ancaq hər şey insanı ruhən möhkəmləndirmir.+ 24 Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün.+
25 Ət bazarında satılan hər şeyi sorğu-sualsız, təmiz vicdanla yeyin, 26 çünki «yer və onun üzərindəki hər şey Yehovanındır».+ 27 Əgər imanda olmayan adam sizi evinə dəvət etsə və siz getmək istəsəniz, qabağınıza nə qoysalar, sorğu-sualsız, təmiz vicdanla yeyin. 28 İşdir, kimsə «bu qurbanlıqdır», — desə, onda bunu sizə deyənə görə və vicdana görə yeməyin.+ 29 Vicdan deyərkən sizinkini yox, həmin adamın vicdanını nəzərdə tuturam. Axı nəyə görə başqasının vicdanı mənim azadlığımı mühakimə etsin?+ 30 Əgər şükür edib yeyirəmsə, niyə şükür etdiyim şeydən ötrü kimsə mənim haqqımda pis danışsın?+
31 Buna görə də istər yeyəndə, içəndə, istərsə də başqa bir iş görəndə hər şeyi elə edin ki, Allah şərəflənsin.+ 32 İman yolunda nə yəhudilər, nə yunanlar, nə də Allahın yığıncağı üçün maneə olmayın.+ 33 Necə ki mən də çox adamın xilas olması üçün özümün yox, başqalarının yaxşılığını düşünürəm,+ hamını hər şeydə razı salmağa çalışıram.+