Zəbur
Davudun məzmuru.
Yehova ömrümün qalasıdır,+
Kim məni dəhşətə sala bilər?
Mənə qarşı döyüş başlasa da,
Yenə arxayınam.
4 Yehovadan bir şey dilədim,
Arzum budur ki,
Ömrüm boyu Yehovanın evində qalım,+
Yehovanın hüsnünü görüm,
Məbədinə heyran-heyran tamaşa edim.+
6 Başım dövrəmdəki düşmənlərdən yuxarıdır,
Onun çadırında şadyanalıqla qurban gətirərəm,
Yehovanı nəğmələrdə tərənnüm edərəm.
8 «Camalımı axtarın»
Sözlərini ürəyim səsləndirdi.
Axtararam camalını, ey Yehova.+
9 Üzünü məndən gizlətmə,+
Qulunu qəzəblə qovma.
Sənsən köməyim,+
Məni atma, tərk etmə, ey nicatımın Allahı.
11 Ey Yehova, mənə yolunu öyrət,+
Məni düşmənlərimdən qoruyub düz yolla apar,
12 Məni düşmənlərimin əlinə salma.+
Mənə qarşı yalançı şahidlər qalxıb,+
Mənə hədə-qorxu gəlirlər.
13 İşıqlı dünyada* Yehovanın kəramətini görəcəyimə inanmasaydım, halım necə olardı!..*+
Bəli, ümidini Yehovaya bağla.