Səfənya
1 Yəhuda padşahı Amun+ oğlu Yuşiyyənin+ dövründə Hizqiyyə oğlu, Əmariyyə oğlu, Qədali oğlu, Kuşi oğlu Səfənyaya* Yehovanın sözü nazil oldu.
2 Yehova bəyan edir: «Bu torpaqdan hər şeyi silib atacağam.+
3 İnsanı da, heyvanı da silib atacağam.
Göydəki quşları, dənizdəki balıqları,+
Büdrədən daşları*+ və şər adamları silib atacağam.
İnsanı bu torpaqdan yox edəcəyəm», — deyə Yehova bəyan edir.
4 «Əlimi Yəhudanın və Yerusəlim
Sakinlərinin üstünə qaldıracağam,
Bu yerdə Baala sitayiş edənlərin izi-tozu qalmayacaq,+
Yad allahın kahinlərinin adını və bütlərin kahinlərini yox edəcəyəm.+
5 Damlarda asimandakı orduya səcdə qılanları,+
Yehovaya səcdə qılıb sədaqət andı içməklə yanaşı,+
Məlkuma sədaqət andı içənləri,+
6 Yehovanın ardınca getməyənləri,+
Yehovanı arayıb-axtarmayanları,+ Ondan məsləhət istəməyənləri məhv edəcəyəm».
7 Külli-İxtiyar Yehovanın önündə susun, çünki Yehovanın günü yaxındır,+
Yehova qurban hazırlayıb; O dəvət etdiyi kəsləri pak edib.
9 O gün səkiyə* qalxanları,
Ağalarının evini zorakılıq və fırıldaqla dolduranları haqq-hesaba çəkəcəyəm».
10 Yehova bəyan edir: «O gün
Balıq darvazasından çığırtı,+
İkinci məhəllədən ah-fəğan,+
Təpələrdən gurultu səsi gələcək.
12 O zaman əlimdə çıraq Yerusəlimi ələk-vələk edəcəyəm,
Özündən razı adamlarla haqq-hesab çəkəcəyəm. Onlar ürəklərində deyirlər:
“Yehova nə yaxşılıq edər, nə pislik”.+
13 Onların var-dövləti talan olacaq, evləri viran qalacaq.+
Ev tikəcəklər, amma içində yaşamayacaqlar,
Meynəlik salacaqlar, amma şərabını içməyəcəklər.+
14 Yehovanın möhtəşəm günü yaxındır.+
O gün yaxındır və böyük sürətlə gəlir.+
Yehovanın gününün səsi dəhşətlidir.+
O gün igid də ağlayacaq.+
Zülm-zillət və sitəm,+
Tufan və viranəlik,
Qaranlıq və zülmət,+
Bulud və zil qaranlıq günüdür.+
16 İstehkamlı şəhərlərə və hündür künc bürclərinə qarşı şeypur çalınan,+
Döyüş nərəsi qopan gündür.+
17 Mən insanları bəlaya düçar edəcəyəm,
Onlar kor kimi gəzəcəklər,+
Çünki Yehovaya qarşı günah işləyiblər.+
Onların qanı toz kimi ayaq altda qalacaq,
Bağırsaqları peyin kimi yerə töküləcək.+