Ərəmya
1 Bunlar Binyamin torpağındakı Ənatutda+ yaşayan kahinlərdən biri olan Xilqiyyənin oğlu Ərəmyanın* sözləridir. 2 Yəhuda padşahı Amun+ oğlu Yuşiyyənin dövründə,+ onun hakimiyyətinin on üçüncü ilində mənə Yehovanın sözü nazil oldu. 3 Həmçinin Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin+ dövründən Yəhuda padşahı Yuşiyyə oğlu Sidqiyyənin hakimiyyətinin on birinci ilinin sonuna qədər,+ beşinci ayda Yerusəlim əhli sürgünə aparılana qədər+ mənə Allahın sözü nazil oldu.
4 Mənə Yehovanın sözü nazil oldu:
5 «Ananın bətnində sənə surət verməzdən əvvəl səni tanımışam.+
Sən dünyaya gəlməzdən əvvəl səni müqəddəs iş üçün seçmişəm.+
Səni xalqlara peyğəmbər etmişəm».
6 Mən dedim: «Ah, Külli-İxtiyar Yehova!
Mən gəncəm,+ danışmağı bacarmıram».+
7 Onda Yehova mənə dedi:
«Demə “gəncəm”.
Kimin yanına göndərsəm, gedəcəksən,
Nə əmr etsəm, deyəcəksən.+
8 Onların görkəmindən qorxma.+
Mən səninləyəm, səni xilas edəcəyəm.+ Bunu Mən Yehova deyirəm».
9 Sonra Yehova əlini uzatdı və dodaqlarıma toxundu.+ Yehova mənə dedi: «Budur, sözlərimi sənin dilinə qoydum.+ 10 Bu gündən səni qoparmaq, uçurmaq, dağıtmaq, yerlə yeksan etmək, tikmək və əkmək üçün xalqların, səltənətlərin üzərinə təyin etdim».+
11 Mənə yenə Yehovanın sözü nazil oldu: «Ərəmya, nə görürsən?» Mən dedim: «Badam ağacının budağını görürəm».
12 Yehova mənə dedi: «Düzdür. Mən də sayığam*, sözümü yerinə yetirəcəyəm».
13 Mənə ikinci dəfə Yehovanın sözü nazil oldu: «Nə görürsən?» Mən dedim: «Qaynayan qazan görürəm, ağzı şimaldan cənub tərəfə əyilib». 14 Onda Yehova mənə dedi:
«Ölkə sakinlərinin üstünə
Şimaldan bəla gələcək.+
15 Mən şimal səltənətlərinin qəbilələrini çağırıram, — bəyan edir Yehova.+
Onlar gələcək.
Hər biri taxtını Yerusəlim darvazalarının ağzında,+
Onun divarlarının yanında,
Bütün Yəhuda şəhərlərində quracaq.+
16 Bütün şər əməllərinə görə hökmümü onlara bildirəcəyəm,
Çünki Məni tərk ediblər.+
17 Sən isə ətəyini belinə dola*,
Qalx, əmr etdiyim hər şeyi onlara söylə.
Onlardan qorxma,+
Yoxsa səni onların önündə qorxuya salaram.
18 Bu gündən səni qala-şəhər,
Dəmir dirək, mis divar edirəm ki,+
Bütün ölkə, Yəhuda padşahları, əmirləri,
Kahinləri və ölkə əhli qarşısında davam gətirəsən.+
19 Onlar səninlə vuruşacaqlar,
Amma üstün gələ bilməyəcəklər.
Çünki Mən səninləyəm,+ səni xilas edəcəyəm, — bəyan edir Yehova».