Yunus
4 Bu iş Yunusun heç xoşuna gəlmədi və o, bərk hirsləndi. 2 O, Yehovaya dua edib dedi: «Ah Yehova! Məgər mən ölkəmdə olanda bunu demirdim? Elə buna görə də Tarşişə+ qaçmaq istəyirdim. Axı bilirdim ki, Sən mərhəmətli, rəhmli, səbirli, məhəbbəti bol Allahsan,+ fikrindən daşınıb bəla gətirməzsən. 3 İndi isə, ey Yehova, yalvarıram, canımı al. Niyə yaşayıram, ölsəm, bundan yaxşıdır?»+
4 Yehova dedi: «Hirslənməyin düzgündür?»
5 Yunus şəhərdən çıxdı və şəhərin şərq tərəfində əyləşdi. O, özünə bir çardaq düzəltdi və kölgəsində oturub şəhərin aqibətini gözləməyə başladı.+ 6 Onda Yehova Allah Yunusun başına kölgə salmaq üçün bir balqabaq* bitirdi ki, onu dilxorluqdan qurtarsın. Bu bitkiyə görə Yunusun ürəyi çox şad oldu.
7 Lakin Allah ertəsi gün sübh tezdən bir qurd yetirdi. O, bitkini yedi və bitki qurudu. 8 Günəş doğanda Allah qızmar şərq küləyi göndərdi. Gün Yunusun təpəsinə vururdu. O, az qalırdı huşunu itirsin. Yunus özünə ölüm diləyib deyirdi: «Niyə yaşayıram, ölsəm, bundan yaxşıdır?»+
9 Allah Yunusa dedi: «Məgər balqabaqdan ötrü bu cür hirslənməyin düzgündür?»+
O dedi: «Bəli, düzgündür. Hirsimdən ölmək istəyirəm». 10 Yehova ona dedi: «Zəhmətini çəkmədiyin, yetişdirmədiyin, bir gecədə bitib, bir gecədə də tələf olan balqabağa sənin heyifin gəlir. 11 Bəs Mən bu böyük şəhərə, Neynəvaya necə qıyım?+ Axı orada yaxşını pisdən* ayıra bilməyən yüz iyirmi mindən çox insan var, çoxlu mal-qara var».+