Məsəllər
2 Doğruluq yolunda yeriyən Yehovadan qorxur,
Əyri yolun yolçusu isə Ona kəc baxır.
3 Axmağın sözləri təkəbbür dəyənəyidir,
Hikmətlini isə dili qoruyar.
4 Mal-qara olmayanda axur tər-təmiz olur,
Amma öküzün gücü ilə məhsul bol olar.
5 Etibarlı şahid yalan danışmaz,
Yalançı şahidinsə nəfəsi yalanla gedib-gələr.+
6 Rişxəndçi hikməti hey soraqlar, tapmaz,
Amma dərrakəli adamın yanına bilik özü gələr.+
7 Axmaq adamdan uzaq dur,
Onun dilindən ağıllı söz eşitməzsən.+
9 Günah səfehləri əyləndirər,+
Düz adamlar isə barışığa hazırdır.
10 Ürək öz dərdini bilir,
Sevincini də özgələr duya bilməz.
11 Şər adamın evi dağılar,+
Düz adamın isə çadırı abad olar.
13 Hərdən güləndə də insanın qəlbi ağlar,
Bəzən sevincin də sonu kədər olur.
16 Müdrik adam ehtiyatlıdır, şərdən qaçır,
Axmaq isə başısoyuqdur, özündən razıdır.
18 Cahil axmaqlığı irs alar,
Uzaqgörənin isə başına elmdən tac qoyular.+
19 Pis adam yaxşının qabağında,
Şər adam salehin qapısında əyiləcək.
21 Başqasına həqarət edən günah işləyir,
Fəqirə rəhm edən bəxtiyardır.+
22 Məgər fitnə quranın yolları dolaşmaz?
Xoş məramlı insan məhəbbətə, sədaqətə qovuşar.+
23 Hər zəhmətdə fayda var,
Boş-boş söhbətlər isə insanı ehtiyaca salar.+
24 Hikmətlinin tacı onun sərvətidir,
Axmağın isə işi-gücü səfehlikdir.+
25 Dürüst şahid canları qurtarar,
Amma yalançının nəfəsi yalanla gedib-gələr.
27 Yehova xofu həyat çeşməsidir,
İnsanı ölüm tələsindən uzaqlaşdırar.