Məsəllər
Tələsən günaha batar.
3 İnsan öz axmaqlığına görə yolundan azar,
Amma ürəyində Yehovaya qəzəblənər.
4 Varlı adamın dost-aşnası çox olar,
Amma kasıbdan dostu da üz döndərər.+
6 Nəcabətlinin lütfünü çoxları axtarar,
Bəxşiş verənlə hər kəs dost olar.
Dallarınca düşüb yalvarar, bircəsi də hay verməz.
9 Yalançı şahid cəzasız qalmaz,
Nəfəsi yalanla gedib-gələn məhv olar.+
10 Axmağa cah-calal içində yaşamaq yaraşmır,
Nökərə isə ağalara hakimlik etmək heç yaraşmır!+
12 Padşahın qəzəbi şir nərəsinə bənzər,+
Lütfü isə çəmənə düşən şeh kimidir.
14 Ev-eşik, var-dövlət atadan miras qalar,
Ağıllı arvad isə Yehovadandır.+
15 Tənbəllik dərin yuxuya salar,
Səhlənkar adam ac qalar.+
19 Kəmhövsələ cəza çəkər,
Onu qurtarmaq istəsən, elə hey qurtarmalı olacaqsan.+
21 İnsanın ürəyində niyyəti çox olar,
Amma Yehova nəyi məsləhət bilərsə, o baş tutar.+
22 Xeyirxahlıq insanın yaraşığıdır,+
Kasıb olmaq yalançı olmaqdan yaxşıdır.
24 Tənbəl əlini cama salar,
Çıxarıb ağzına aparmağa ərinər.+
26 Atası ilə pis davranan, anasını qovan oğul
Adbatıran, üz qaraldan övladdır.+
27 Oğlum, öyüd-nəsihətə qulaq asmasan,
Hikmətli kəlamlardan uzaq düşərsən.